Rejissor Tofiq Kazımovun 85 illiyi qeyd
olunub
Dünən görkəmli rejissor,
xalq artisti Tofıq Kazımovun anadan olmasının 85 illik
yubileyi münasibəti ilə tədbirlər keçirilib.
APA-nın məlumatına görə, rejissorun Fəxri
Xiyabandakı məzarı ziyarət olunub. Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm nazirinin
müavini Ədalət Vəliyev T.Kazımovun Azərbaycan
teatrındakı danılmaz xidmətlərindən söz
açıb. Onun sözlərinə görə, yeni aktyor
nəslinin yetişməsi, dünya dramaturgiyasından
seçmə nümunələrin Azərbaycanda
səhnələşdirilməsi, gənclərin ali
məktəb auditoriyasından birbaşa böyük
səhnəyə gəlməsi, keçmiş SSRİ
miqyasında uğurlu tamaşaların hazırlanması
məhz T.Kazımovun adı ilə bağlıdır:
"Tofıq Kazımov uzun illər Azərbaycan Dövlət
Akademik Milli Drarn Teatrına rəhbərlik edib. Onun quruluş
verdiyi tamaşalar bu gün də Azərbaycan teatr
salnaməsinin ən yaddaqalan hadisələridir". Anım
mərasimində xalq artistləri Nurəddin Mehdixanlı,
İlham Namiq Kamal və başqaları da
çıxış ediblər.
Dünən axşam isə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
T.Kazımovun 85 illik yubileyinə həsr olunmuş xatirə
gecəsi keçirilib. Gecənin sonunda Cəlil
Məmmədquluzadənin "Ölülər"
əsərinin tamaşası nümayiş olunub.
Yubileylə bağlı T.Kazımovun
həyat və yaradıcılığına həsr
olunmuş monoqrafiya hazırlanır.
Teatrşünas Məryəm Əlizadənin
hazırladığı monoqrafiyada T.Kazımovun uzun illər ərzində Azərbaycan
teatrında gördüyü işlərdən bəhs edilir.
T.Kazımovun 85 illiyi münasibətilə Teatr Muzeyində sərginin təşkili də
planlaşdırılıb.
525-ci qəzet.- 2008.- 15 yanvar.- S. 7.