Nəzakət

 

"Leyli Məcnun" -100

 

Opera Teatrımızın möhtəşəm abidəsi

 

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, teatrda ilk milli muğam operamız  -   Üzeyir  Hacıbəyovun "Leyli Məcnun" operasının 100 illiyinə həsr olunmuş yubiley tamaşasının keçirilməsi operasevərlərin   çox  böyük fəallığı ilə müşayiət olunur. "Leyli Məcnun"un yubiley   tamaşasında iştirak etmək arzusunda olanların sayı həddən ziyadə çoxdur. Bunu teatra ardı-arası kəsilməyə telefon zəngləri, kassalara bilet   əldə etmək üçün çoxsaylı müraciətlər sübut edir. Bu fakt opera sənətimizin ən dəyərli incilərindən biri olan "Leyli Məcnun"    operasına olan ümumxalq sevgisini bir daha sübut edir. Tamaşaçıların bu önəmli hadisəyə olan böyük marağını nəzərə alaraq, teatr rəhbərliyi  yubiley tamaşasını iki dəfə yanvarın 25-I 27-də gostərmək haqqında qərar qəbul etmişdir.

Qeyd etmək lazımdır ki, opera  həvəskarları  bu  tamaşalarda  hazırda  "Leyli" rolunun ən parlaq istedadlı ifaçıları Azərbaycanın xalq artisti Nəzakət Teymurova Aygün Bayramovanın ifası ilə tanış olacaqlar. Hər iki tamaşada "Məcnun" partiyasını xalq artisti Mənsum İbrahimov ifa edəcəkdir. Heç şübhəsiz ki, yubiley çərçivəsində keçiriləcək tamaşalar paytaxtımızın mədəni həyatında əlamətdar bir hadisəyə çevriləcək, milli musiqi teatr sənətimizin möhtəşəmliyini bir daha nümayiş etdirəcəkdir.

 

Səs.- 2008.- 17 yanvar.- S. 12.