İstiqlal Muzeyində 20 Yanvara həsr olunmuş anım mərasimi

 

Dünən Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "Heç nə unudulmur" adlı anım mərasimi keçirilib. Mərasimdə xalq şairləri Bəxtiyar Vahabzadənin, Mirvari Dilbazinin, Mədinə Gülgünün və digər şairlərin şerləri əsasında hazırlanan ədəbi-bədii kompozisiya təşkil olunub.

Tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva 20 Yanvar faciəsinin Azərbaycanın müstəqilliyinin qazanılmasında xüsusi rolunun olduğunu bildirib. Onun sözlərinə görə, Sovet imperiyasının qanunlarına qarşı çıxan azərbaycanlılar müstəqil dövlət yaratmaq istəklərini bütün dünyaya bəyan ediblər. Muzeyin direktoru Fəridə Şəmsi, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası, "Şəhid anaları" Xeyriyyə Mərkəzinin sədri Rəfiqə Əsgərova və faciənin şahidi olan digər şəxslər hadisə barədə danışıblar.

 

Mədəniyyət.- 2008.- 18 yanvar.- S. 2.