Azərbaycan musiqi
mədəniyyətinə ağır itki üz vermişdir.
Görkəmli opera müğənnisi, SSRİ xalq artisti,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Lütfiyar Müslüm oğlu İmanov 2008-ci il yanvarın
22-də ömrünün 80-ci ilində vəfat etmişdir.
Lütfiyar İmanov
1928-ci il aprelin 17-də Sabirabad rayonunda anadan olmuşdur. O, 1954–1957-ci illərdə
Asəf Zeynallı adına Bakı
Musiqi Məktəbinin
vokal şöbəsində,
1962–1968-ci illərdə Azərbaycan
Mədəniyyət və
İncəsənət Universitetinin
teatrşünaslıq fakültəsində
təhsil almışdır.
Lütfiyar İmanov 1965-ci ildə
SSRİ Böyük Teatrında
və 1975-ci ildə İtaliyada “
Lütfiyar İmanov əmək
fəaliyyətinə hələ
gənc yaşlarında
ikən, 1943-cü ildə
Sabirabad Şəhər
Dövlət Dram Teatrının
aktyoru kimi başlamışdır. O, 1948-ci ildən Sabirabad Şəhər Mədəniyyət
evində bədii rəhbər işləmişdir.
Lütfiyar İmanov 1954– 1956-cı illərdə Azərbaycan
Televiziyası və Radiosu xorunun, 1956–1957-ci illərdə Azərbaycan
Dövlət Estrada Orkestrinin
solisti olmuş,
1956–1959-cu illərdə Azərbaycan
Dövlət Musiqili Komediya Teatrında çalışmışdır. O,
1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət
göstərmişdir. 1987– 1991-ci illərdə Lütfiyar İmanov Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
vəzifəsində işləmişdir.
Müasir Azərbaycan mədəniyyətinin
görkəmli nümayəndəsi
Lütfiyar İmanov milli musiqinin inkişafında müstəsna
xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin
vəhdətindən bəhrələnən
yüksək ifaçılıq
məharəti Azərbaycan
vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. Lütfiyar İmanovun adı opera səhnəmizdə aparıcı
partiyaların ifaçısı
kimi musiqi salnaməmizə həmişəlik
həkk olunmuşdur.
Ömrünün yarım əsrə
yaxın bir dövrünü opera ifaçılığına
həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə
daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq
məharəti və güclü səsi ona geniş repertuarla çıxış
etməyə imkan vermişdir. Onun Azərbaycan
və dünya klassiklərinin şah əsərlərində ifa
etdiyi partiyalar, yaratdığı obrazlar
öz dolğunluğu,
kamilliyi və təbiiliyi ilə səciyyələnmişdir. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar
əldə edən Lütfiyar İmanov milli və dünya
klassik opera nümunələri
ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları
və xalq mahnılarını zövq
və ustalıqla oxumuşdur. İfaçısı olduğu əsərlərin
üslub xüsusiyyətlərini
dərindən duyma və onları özünəməxsus tərzdə
məharətlə çatdırma
qabiliyyəti Lütfiyar
İmanova musiqisevərlərin
rəğbət və
məhəbbətini qazandırmışdır.
Lütfiyar İmanov milli
musiqinin daha da zənginləşməsi
naminə hədsiz sədaqətlə çalışaraq,
dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq
məktəbinin inkişafı
yolunda istedad və bacarığını
əsirgəməmişdir. Yaradıcılığının başlıca qayəsi
xalq mənəviyyatına
xidmətdən ibarət
olan Lütfiyar İmanov ölkəmizin hüdudlarından xeyli uzaqlarda, dünyanın ayrı-ayrı guşələrində
mötəbər konsert
salonlarındakı çoxsaylı
çıxışları ilə Azərbaycan mədəniyyətini daim
layiqincə təmsil etmiş və ona şöhrət gətirmişdir.
Lütfiyar İmanovun zəngin
yaradıcılığı yeni sənətkarlar nəsli üçün əsl örnəkdir.
O, uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul
olaraq, opera müğənnilərinin
yetişdirilməsi işində
diqqətəlayiq xidmətlər
göstərmiş, ifaçılıq
sənəti tarixində
toplanmış zəngin
təcrübənin gənc
musiqiçilər nəslinə
çatdırılması üçün böyük
əmək sərf etmişdir.
İctimai xadim kimi də Lütfiyar İmanovun göstərdiyi
fəaliyyət təqdirəlayiqdir.
O, Azərbaycan Respublikası
Ali Sovetinin deputatı
və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
kimi Azərbaycan mədəniyyətinin tərəqqisinə
layiqli töhfələr
vermişdir.
Çoxşaxəli fəaliyyəti
bütövlükdə sənətə
sonsuz bağlılıq
nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin
inkişafı sahəsində
mühüm nailiyyətlərinə görə müstəqil
Azərbaycan Respublikasının
ən ali
mükafatı– “İstiqlal”
ordeni ilə təltif edilmişdir.
Görkəmli sənətkar, gözəl
pedaqoq və təvazökar insan Lütfiyar İmanovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət
eləsin!
Xalq qəzeti.- 2008.- 23 yanvar.- S. 4.