Məhərrəmova T.
Səhnəmizin
Koroğlusu
Mədəniyyətimiz
Lütfiyar İmanovsuz qaldı
Lütfiyar İmanovun
adı ölkəmizin, eləcə də xarici
ölkələrin konsert salonlarını və opera
səhnələrini fəth edən bir müğənni kimi
musiqisevərlərin geniş dairələrində
yaxşı tanınıb. Lütfiyar İmanovun yaradıcılığı
çoxcəhətlidir: o həm xalq mahnılarının
ifaçısı, həm çox çətin, rəngarəng
repertuarlı kamera müğənnisi idi. Lakin Lütfiyar
İmanov hər şeydən əvvəl opera
müğənnisi, bənzərsiz aktyor, milli və dünya
klassik operasının dərin təfsirçisi idi.
1928-ci ildə Sabirabadda
anadan olan müğənni uşaq yaşlarından incəsənətə
meyil edir, dram teatrında aktyor işləyir, eyni zamanda
rəssamlıq sənətinə xüsusi maraq göstərirdi.
Hələ 2-ci sinifdə oxuyarkən "Pioner"
qəzetində elan olunan rəsm müsabiqəsinə
çəkdiyi "Gül buketi" ilə iştirak
edərək 2-ci yerə layiq görülür. Dərslərini
əla oxuduğuna və nizam-intizamı ilə
fərqləndiyinə görə sinif və məktəb
qəzetinin redaktoru seçilir. O vaxtlar qəzet
başlıqlarının solunda Leninin, sağında isə
Stalinin şəkilləri olardı. Lütfiyar İmanov
həmin şəkilləri bir neçə dəqiqəyə
əllə çəkərdi. Məktəbdə oxuduğu
illərdə ailələrini dolandırmaq üçün
"Araz" və "Vətən" kinoteatrında
işləyib, afışaları hazırlayırdı.
Hələ 12
yaşı olanda Bülbülün "Səni gördüm,
aşiq oldum" plastinkasına qulaq asandan sonra
özünə qarğıdan at, taxtadan saz düzəldib,
başına motal papaq qoyub o mahnını həvəslə
oxuyardı. 1941-ci ilin mayında 13 yaşı olanda Sabirabaddan
Əli Bayramlıya öküz arabasında, oradan da Bakıya
at arabasında gələrək Bülbülün ifasında
Koroğluya baxıb qayıdan gənci o vaxtdan
sənətə məhəbbət bir an da tərk etmir. 1957-ci
ildə A.Zeynallı adına musiqi məktəbində pedaqoq
A.Milavanovun sinfində təhsilini bitirən İmanov
Dövlət Estrada Orkestrində, sonralar Musiqili Komediya
Teatrında işləməyə başlayır,
1958-ci ildə
istedadlı gənc maestro Niyazinin diqqətini cəlb edir.
Gənc müğənnini dinləyən Niyazi onu Opera
Teatrında Koroğlu rolunda çıxış
etməyə dəvət edir. Koroğlu rolunda
səhnəyə çıxan müğənni
özünü Koroğlunun 7777 dəlisindən biri adlandırır.
Vokal sənəti həvəskarları onunla 1959-cu ildə
Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə,
SSRİ böyük teatrının səhnəsində
əfsanəvi qəhrəman Koroğlu obrazını
yaradarkən tanış olmuşlar.
1959-cu ildə
Bülbül Lütfıyar İmanovun ifasını
dinlədikdən sonra "Molodej Azerbaydjana" qəzetinə
onun gələcəyi haqqında yüksək fikirdə
olduğunu söyləyir və səsində qəhrəmanlıq
simvolu olduğunu vurğulayır.
Sonrakı illərdə
vokal ustasının F.Əmirovun "Sevil" operasında
Balaş, C.Cahangirovun "Azad" operasında Ayaz, R.Mustafayevin
eyni adlı operasında Vaqif, M.Maqomayevin "Nərgiz"
operasında Əlyar, V.Adıgözəlovun
"Ölülər" operasında İsgəndər,
S.Ələsgərovun "Bahadır və Sona"
operasında Bahadır obrazı müğənninin parlaq
şəkildə yaratdığı opera partiyaları teatr
tarixinə qızıl hərflərlə yazılır.
Bundan əlavə, Lütfıyar İmanov dünya klassik
operalarında məharətlə çıxış
edərək, J.Bizenin "Karmen" operasında Xoze,
P.Çaykovskinin "Qaratoxmaq qadın" operasında German,
C.Verdinin "Aida" operasında Radames, "Otello" operasında
Otello, Ofenbaxın "Hofmanın nağılları" operasında
Hofman, Ş.Qunonım eyni adlı opearsında Faust,
"Toska'"operasında Kavaradossi obrazlarını
yaradıb. Bu partiyalar müğənninin yüksək vokal
və səhnə mədəniyyətini üzə
çıxararaq onu bütün dünyada tanıdıb.
Müğənninin
xarici ölkələrə qastrol səfərləri
1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin
ildə hind mahnılarını Azərbaycan dilinə
çevirib hər iki dildə Hindistanda ifa edən
müğənni Hindistan, Norveç, Bolqarıstan, Kuba,
Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan,
Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika,
Hollandiya, İspaniya, Malta və b. ölkələrdə
uğurlu konsertlər verib.
L.İmanov
dinləyicilərə yüksək niyyətlər, nəcib
hərəkətlər və insan qəlbinin gözəlliyini
çatdıra bilirdi. Lütfıyar İmanovun sənəti
müxtəlif millətlərdən olan adamlar
üçün yaxın və anlaşıqlı olur, onları
daxilən zənginləşdirir, daha da
saf-laşdınrdı. Onun ifası tamaşaçını
dərindən həyəcanlandırır və əsl
zövq gətirirdi. Bütün bunların səbəbi
müğənninin nadir ilhamı, onun böyük aktyor
cazibədarlığı, təsirli obraz yaratmaq
bacarığı idi.
Lütfiyar İmanovun
yaradıcılıq siması üçün əla vokal
keyfiyyətlər ilə möhkəm professional
hazırlıq, musiqili-dramaturji obraza dərindən
nüfiız etmək, vokal və aktyor sənətinin harmonik
ahəngi xarakterik idi. Aktyor öz sənətini
səxavətlə tamaşaçılara bəxş edir,
öz ürək duyğularının dərinliyini
açırdı. "Hər bir əsər - yeni
kəşfdir və dinləyicilər onu hərarətlə
qiymətləndirir, onun istedad və ağlına, şəxsiyyətinə
yüksək qiymət verirlər" - deyə o təkrar
etməkdən yorulmurdu. Məhsuldar səhnə
fəaliyyəti və daimi zəhmət Lütfiyar İmanovun
sənətini cilalandırmış, onu bu
günümüzün ən yaxşı
sənətkarları sırasında ilk yerlərdən
birinə çıxarmışdır.
Lütfıyar İmanov
1978-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.
Yaşının
80-ə çatmasına baxmayaraq, hələ də səhnəyə
çıxmaq, sevimli partiyalarını oxumaq arzusu ilə
yaşayırdı Lütflyar İmanov. Ancaq o
sənətkarlar xoşbəxtdirlər ki, hələ
sağhqlarında adlarını əbədiləşdirirlər.
Səhnəmizin Koroğlusuna da belə bir sənət taleyi
yaşamaq nəsib olmuşdu.
Kaspi.- 2008.- 23 yanvar.- S. 17.