Afaq Məlikovanın ad günü

 

Dövlət rəqs ansamblının bədii rəhbəri vəzifəsində çalışan xalq artisti ömrünün 45 ilini səhnəyə həsr edib
   Dünən respublikanın xalq artisti Afaq Məlikovanın ad günü idi.
Afaq xanım 1947-ci il yanvar ayının 18- Bakıda dünyaya gəlib. Onun dünyaya gəlişi müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edir, rəqs etməyi sevirdi. Qızlarının rəqsə hədsiz marağını görən valideynlər onu Bakı xoreoqrafiya məktəbinə yazdırır. Balaca həvəskar rəqqasə heç bir çətinlik çəkmədən dərslərə başlayır. Leyla Vəkilovadan dərs alan gənc xanım öz üzərində səylə çalışaraq, xalq artisti adına qədər yüksəlir. 1982-ci ildən Dövlət rəqs ansamblının bədii rəhbəri vəzifəsində çalışan A.Məlikova ömrünün 45 ilini səhnəyə həsr edib.

 

Ədalət.- 2008.- 19 yanvar.- S. 24.