Cəfərov Ş.
Bakı Xoreoqrafiya
Məktəbində daha 3 sagirdin adı “Qızıl kitab”a
yazıldı
Musiqi sahəsində
xüsusi istedadı olan şəxslərin adlarının
Azərbaycanın gənc istedadlarının "Qızıl
kitabı"na yazılaraq Azərbaycan Respublikası Prezidentinin
xüsusi aylıq təqaüdünə layiq
görülməsi ilə bağlı 8 yanvar 2008-ci il tarixli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
verdiyi sərəncamda Bakı Xoreoqrafiya Məktəbinin
üç şagirdinin adı vardır: Xamiz İlham oğlu
Cəfərov, Akif Kərim oğlu Kərimli, Zəminə Elxan
qızı Sadıqzadə.
Xamiz 1993-cü ildə
Bakı şəhərində anadan olub. O, birinci sinifdən
Bakı Xoreoqrafiya Məktəbində "Xalq
bölməsi"ndə əla qiymətlərlə oxuyur.
Akif 1995-ci ildə, Zəminə isə 1994-cü ildə
Bakı şəhərində anadan olmuşlar. Bu
məktəbdə Akiflə Zəminə 7-ci sinifdə
"Klassik bölmə"də oxuyurlar, həm də sinif
yoldaşıdırlar. Hər üç şagird rəqqas
sənətinə yiyələnir. Bu sahədə şagirdlərin
tanınmasında Azərbaycanın milli rəqsi üzrə
müəllimi, respublikanın xalq artisti Yusif Qasımovun
xüsusi əməyi vardır.
2006-cı il oktyabrın
13-də Fransada YUNESKO-nun 60 illiyi ilə əlaqədar
keçirilən tədbirdə və Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın rəhbərliyi altında 2006-cı ilin dekabr
ayında Vaşinqtonda Azərbaycanın Mədəniyyət
günləri ilə əlaqədar senatorların
qarşısında verilən konsertdə respublikanın
ən istedadlı uşaqları arasında Xamiz, Akif və
Zəminə də olmuşlar.
Bu il Sloveniyada Milli
Qəhrəman Mehdi Hüseynzadənin heykəlinin
açılışı ilə əlaqədar təşkil
olunmuş tədbirdə hər üçü də
xüsusilə fərqlənib.
2007-ci ilin may ayında
Qazaxda olimpiya kompleksinin açılışında Xamiz, Akif
və Zəminə konsert veriblər. Onlar istedadlı bir
rəqqas kimi tamaşaçıların böyük
alqışını qazanmışlar. Bu konsertdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
də iştirak etmişdir.
Bakı Xoreoqrafiya
Məktəbində xüsusi fənlər üzrə direktor
müavini Nəzifə xanım Əliyeva söhbət
zamanı bildirdi ki, məktəbdə 400 nəfər
şagird və tələbəmiz var. Onlar arasında Xamiz,
Akif və Zəminə çox istedadlı
şagirdlərimizdəndir.Həm də bu şagirdlər musiqi
sənəti ilə bərabər, orta ümumi təhsil
fənlərini də əla oxuyurlar.
Bakı Xoreoqrafiya
Məktəbində klassik rəqs, gimnastika, Xalq səhnə
rəqsləri, fortepiano, nağara fənləri də
tədris olunur. Xamiz, Akif və Zəminə rəqqaslıq
sənəti ilə bərabər, əlavə olaraq Xamiz
nağara, Akif və Zəminə isə fortepiano
dərslərini də öyrənirlər.
Sonda şagirdlər
onların sənətinə verdiyi qiymətə görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
cənablarına öz minnətdarlıqlarını qəzetimiz
vasitəsilə çatdırmağı xahiş etdilər.
Biz də onların
xahişlərini yerinə yetirməklə yanaşı,
hər üç şagirdin adının Azərbaycanın
gənc istedadlarının "Qızıl kitabı"na
yazılması munasibətilə təbrik edərək, onlara
gələcək sənət yollarında böyük
uğurlar arzulayırıq.
Azərbaycan müəllimi.- 2008.- 18 yanvar.- S. 7.