Kərimova S.
20 Yanvara həsr olunan rəsm sərgisi
Yanvarın 18-də Tofiq
İsmayılov adına Uşaq Gənclər
Yaradıcılıq Sarayının "Uşaq
dünyası" qalereyasında 20 Yanvara həsr olunan
sərgiyə toplaşanlar məktəblilərin həmin
günlə bağlı çəkdikləri rəsm
işləri ilə yaxından tanış oldular. Sərgi
iştirakçıları uşaq
təxəyyülünün məhsulu olan sənət
əsərlərinə tamaşa edərək o günü
yenidən xatırladılar.
Sərginin
açılışından öncə Təhsiİ
Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsinin
müdiri Ağababa İbrahimov çıxış
edərək 20 Yanvar faciəsinin tariximizə qanlı bir
gün kimi daxil olduğunu söylədi. Bununla bərabər,
həmin gün xalqımız müstəqilliyə
qovuşdu. Bir millət, xalq olaraq sovet imperiyasına
qarşı öz etirazını bildirərək,
azadlığını, müstəqilliyini əldə etdi.
Neçə-neçə oğul və qızlarımız
şücaət, igidlik göstərərək
qəhrəmancasına həlak oldular.
Daha sonra
çıxış edən Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin
məktəbdənkənar təhsil sektorunun müdiri
Qənirə Sultanova qanlı gecənin canlı
iştirakçısı olan 48 nömrəli Tərbiyə
İşi Mərkəzinin direktoru Avtandil Nəbiyev həmin
günü ürəkağrısı ilə yenidən xatırladılar.
Çıxışlardan sonra sərgiyə baxış oldu? Sərgidə paytaxtın bir çox uşaq yaradıcılıq mərkəzlərinin rəsm dərnəyində məşğul olan şagirdlərin 200-dən yuxarı rəsmi nümayiş olunurdu. Rəsm əsərlərində 20 Yanvar günü paytaxtda törədilən qırğınlar təsvir olunub, igid oğul və qızlarımızın qəhrəmanlıqla həlak olmaları göstərilib.
Məktəblilərin çəkdikləri
rəsmlərə həyəcansız
baxmaq qeyri-mümkün
idi. Uşaqlar öz rəsm əsərlərində 20 Yanvar
hadisələrini elə
peşəkarlıqla təsvir
etmişlər ki, sanki həmin gecənin canlı şahididirlər. Nümayiş
olunan şəkilləri
seyr etdikcə həmin qanlı faciənin üstündən
18 il keçməsinə
baxmayaraq, gənc nəslin yaddaşında o gecənin unudulmayan bir gün kimi yadda
qaldığına bir daha əmin olduq.
Azərbaycan müəllimi.- 2008.- 25 yanvar.- S. 6.