Təhminə
Rəqs hər bir xalqın, millətin tarixidir
Əminə Dilbazi: “Rəqs
olduqca çətin sənətdir və elə ifa etməlisən
ki, tamaşaçı
rəqsləri dərk
edə, başa düşə bilsin”
Bakıya yarasmayan
qarlı-küləkli günlərin
birində respublikanın
xalq artisti, "İstiqlal" ordenli, prezident təqaüdcüsü
Əminə xanım Dilbazi ilə mənzilində görüşdük,
Əminə xanım azərbaycanlı olmağı
ilə fəxr etdiyini, bu sənətin
hesabına 20-dən artıq
dünya ölkələrində
olduğunu, Azərbaycan
rəqsini yüksək
səviyyədə təqdim
etdiyini bildirdi. Əminə xanıma
"başqa sənət
sahibi olsaydınız
xoşbəxt ola bilərdinizmi"
sualı ilə müraciət etdik.
- Mən deyərəm ki, yox, çünki mən bu sənətin
vurğunuyam. Sənətə vurğun olmaq İlahi sevgidir, sənətkar öz sənətini sevməli, onun vurğunu olmalıdır.
Fransada məndən xahiş etdilər ki, lirik qaval rəqsini
olduqca kiçik bir yerdə ifa edim, demə
mənim bacarığımı
yoxlayırlarmış. Mən bu
xahişi yerinə yetirdikdə fransızlar məni dünya rəqqasəsi adlandırdılar.
Hindistanda məni qədim
məşhur hind rəqqasəsi
Şiba ilə yanaşı qoydular, bu da mənim
məsuliyyətimi daha
da artırdı.
Fransa, Hindistan və bir çox ölkələrdə məni
ustad kimi qəbul ediblər. Xarici ölkə səfərlərim
mənim demək olar ki, məsuliyyətimi
birə on qat artırdı. Rəqqas rəqs
vasitəsilə fikrini,
rəqsin məzmununu tamaşaçıya çatdırmalıdır.
Rəqs olduqca çətin sənətdir və elə ifa etməlisən
ki, tamaşaçı
rəqsləri dərk
edə, başa düşə bilsin.
Məsələn, "Turacı" rəqsində - turac meşədə gəzişir,
ətrafa boylanır ovçudan qorunur, ovçular da turac quşunun ətini xoşladıqlarından
xüsusən turac ovuna gedirlər və mən də qərara gəldim ki, bu rəqsi ifa
etməliyəm. Çoxlu məşqlər
etdim, xüsusi rəqs geyimi də - qanadlı turac paltarı tikdirdim. O qədər
rəqsə aludə oluram, sehrlənirəm ki, guya ovçu
turacı güllə
ilə vuranda mən özümü unudaraq yerə yıxılıram. Dəfələrlə
ayaqlarım, dizim yaralanıb, zədələnib,
xəstəxanalara düşmüşəm.
Sənətə vurğunluq həm xoşbəxtlik, həm məsuliyyət deməkdir,
sənətkar millətini
seçməli, onun vurğunu olmalıdır,
əks təqdirdə
bu göstəriciləri
olmayanı sənətkar
adlandırmaq olmaz.
Bizim musiqimizdə,
muğamlarımızda, rəqslərimizdə
məna var, məhz sənətkar bu mənaları dinləyiciyə, tamaşaçıya çatdırmalıdır.
Azərbaycan xalqının
rəqsləri içərisində
yallılar xüsusilə
fərqlənir, 120 yallı
ifası var və bu yallılar
bir-birindən öz zənginliyi
ilə fərqlənir,
bir-birinə oxşamır.
Bu yallılar əsasən Naxçıvana
aiddir. Yallıların
öz mənaları,
deyəcək sözləri, öz
hərəkətləri var. Mən bunları sizlərə deməsəm, sözsüz
ki, heç kəs deməyəcək.
Biz Almaniyaya gedərkən
Yallı qrupunu apardıq, bütün
"Yallı" oyunlarını
bir-bir təqdim etdikdə tamaşaçıların
özləri ilə oturacaq stul gətirdiklərinin
şahidi olduq, konsert açıq havada meydanda getdiyindən əhali gecə yarı da getmək istəmirdi. Burada əhalinin
tamaşaçının rəqsimizə
olan məhəbbətinə,
sevgisinə və bütün şücaətimizə
görə almanların
ən hörmətli mükafatı olan balta hədiyyə etdilər və sonra Almaniyada nümayiş oldu və bizə bildirdilər ki, Azərbaycan sənətkarları
birinci cərgədə
getməlidirlər. Və Almaniyada
belə qərara gəldilər ki, bizim konsertimizi davam etdirmək üçün proqramdan əlavə saxlasınlar,
lakin Moskvadan mədəniyyət naziri icazə vermədi. Xarici ölkələrə həm
"Çinar", həm
də "Yallı"
qrupundan aparırdım.
Mən respublikamızın rayonlarında
xalqın rəqslərini
izləmişəm və
o rəqsləri həmin
regiona uyğun qurmuşam, yəni rəqsə toxunmamışam
- rəqs hər bir xalqın, millətin tarixinin təcəssümüdür.
Xarici ölkələrdən ən
əvvəl səfərin
İran İslam Respublikasına olub,
1940-41-ci illərdə qadınlar
qapalı olduğundan,
konsert salonlarına yalnız kişilər gəlirdilər.
Əminə xanım həmçinin İraqda qastrol səfərində olarkən
Şah sarayında şahın qarşısında
Azərbaycan rəqslərindən
"Mirzəyi" rəqsini
ifa etməli olur və əvvəlcə
təzim edib - rəqsə başlayır
və sonda diz üstə rəqsin qaydasına uyğun baş əyir və qrupun rəhbəri Əminə xanımın
hərəkətini xüsusilə
vurğulayır. Əminə xanım böyük
sənətkar, xalqının
sevimlisi olmaqla bərabər, həm də gözəl ana, Cövdət Hacıyevə sədaqətli
həyat yoldaşı
olub.
Belə demək mümkünsə,
Uca Tanrının nəzərləri həmişə
Əminə
xanımın üstündə
olub. Əminə xanım Azərbaycan
rəqsini, incəsənətini
dünya ölkələrinin
böyük tamaşa
salonlarında, şah
saraylarında təqdim
edərkən heç
vaxt milli rəqs geyimlərini dəyişməyib, xalqımızın
adət-ənənəsini, milli adət-ənənəsini
uca tutub. Bu gün rəqsimizi
çılpaqlaşdıranlara böyük rəqqasın
münasibəti mənfidir.
Arzu edərdik ki, səhnədə çılpaqlığa
deyil, sənətə
qiymət verilsin va bugünki
çalıb oxuyanlar
korifey sənətkarların
səhnə mədəniyyətlərindən
dərs alsınlar.
Azad Azərbaycan.- 2008.- 15 yanvar.- S. 7.