Qarayeva S.

          

         Mədəniyyət və İncəsənət Universitetində 20 Yanvarla bağlı kompozisiya nümayiş olunub

 

         Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycana qarşı məkrli imperiya niyyətlərinin nəticəsi kimi həyata keçirilən 20 yanvar qətliamının 18-ci ildönümü ilə bağlı hazırlanan kompozisiya təqdim edildi. Teatr aktyorluğu fakültəsinin III kurs "A" qrupu tələbələri bu işi özlərinə vicdan borcu sanmış, şəhidlərimizin xatirəsini anmaq üçün ürək sözlərini bu yolla deməyi lazım bilmişdilər. Səhnə danışığı kafedrasının dosenti Mahirə Yaqubovanın quruluş verdiyi "Heç kim unudulmayıb" adlı kompozisiyada dramatik məqamları ustalıqla, melodramaya varmadan, inandırıcı verməyi bacaran tələbələr çox gənc idilər. Buna baxmayaraq, tamaşa zalındakıların hamısı təsirlənmişdi, o qanlı hadisələrin şahidi olanlarınsa gözləri dolmuşdu. Bir saatdan az davam edən kompozisiya maraqlı bir ibrət dərsi, yaddaşlara həkk olunan həyat lövhəsi kimi izlənildi. Yəqin ki, bu tamaşa teatr aktyorluğu şöbəsinin III ? "A" qrup tələbələrinin yaddaşından hələ uzun illər silinməyəcək.

          

525-ci qəzet.- 2008.- 24 yanvar.- S. 7.