Türkiyənin tanınmış
dirijoru Bakıya gəlib
Türkiyənin
tanınmış dirijoru Hakan Şensoy Bakıya gəlib. M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasının
mətbuat xidmətindən bildirilib ki, ilk dəfə
Bakıya gələn dirijorun səfərinin məqsədi
konsert proqramı ilə çıxış etməkdir. H.Şensoy
bu gün Üzeyir Hacıbəyov adına Azərbaycan
Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor
Kapellası ilə birgə konsert verəcək. Proqramda
Münir Bekerin 1 saylı simfoniya - "İstanbul
nağılları", Vasif Adıgözəlovun "Odlar
Yurdu" oratoriyası səslənəcək. Konsertin solistləri
xalq artisti Qərinə Kərimova və əməkdar artist Əkrəm Poladovdur.
Səs.- 2008.- 12 yanvar.-
S. 16.