Azərbaycan Milli Kitabxanasının beynəlxalq kitabxanaçıq sistemilə əlaqələri genişlənir

 

"Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının elektron informasiya bazası Avropanın 43 ölkəsinin təmsil olunduğu Avropa Milli Kitabxanalar Konfransı Təşkilatının yaratdığı elektron kitabxana sisteminə daxil olacaq. Bundan sonra sifarişçi Azərbaycan Milli Kitabxanasının, eləcə də digər 43 ölkənin elektron informasiya bazasına birbaşa daxil olub istədiyi kitabdan istifadə edə biləcək". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov deyib. O bildirib ki, bu proqram Avropa Milli Kitabxana Konfransı Təşkilatının birgə layihəsi əsasında fevral ayının əvvəllərində həyata keçiriləcək: "Hazırda danışıqlar gedir, fevral ayının əvvəllərində artıq bu işə başlanılacaq. Bununla da Azərbaycan Milli Kitabxanasının informasiya Fondu Avropaya çıxış əldə edəcək".

Ötən il Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının 39716 daimi, virtual kitabxananın isə 77415 oxucusu olub. İl ərzində kitabxananın fonduna 18290 nüsxə kitab daxil edilib. Direktorun sözlərinə görə, bu kitabların 3697-ni ictimai-siyasi, 749-unu texniki, 45Q4-nü isə ədəbiyyatşünaslıq-dilçilik, bədii ədəbiyyat nümunələri və digər sahələrə aid nəşrlər təşkil edir. Milli Kitabxananın ildən-ilə zənginləşdiyini vurğulayan K.Tahirov oxucuların tələbatına uyğun olaraq kitabların fonda daxil edilməsi istiqamətində işlər görüldüyünü bildirib: "Ötən il Misir Ərəb Respublikasının İsgəndəriyyə Milli Kitabxanası, Türkiyə, İran, Latviya, Tacikistanın milli kitabxanaları, bir sözlə dünyanın aparıcı 10 kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb".

 

525-ci qəzet.- 2008.- 12 yanvar.- S. 24.