Prezident Kitabxanasının
yaradılmasından 5 il ötür
Bu fikir yanvarın
24-də Azərbaycan Respublikası Prezidenti İşlər
İdarəsinin Prezident Kitabxanasının 5 illiyinə
həsr olunmuş "Dövlət idarəetmə
orqanlarının sənəd-informasiya təminatı:
müasir vəziyyəti və inkişaf perspektivləri"
adlı beynəlxalq elmi-praktiki konfransda səslənib.
Konfrans nümayəndələri
əvvəlcə Fəxri xiyabana gələrək, ulu
öndər Heydər Əliyevin məzarını ziyarət
etmiş, xatirəsinə ehtiramlarını
bildirmişlər.
Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın
məzarı üzərinə də gül
dəstələri qoyulub.
Prezidentin
İşlər idarəsi müdirinin birinci müavini Oqtay
Şahbazov informasiya cəmiyyətinin formalaşması və
inkişafı dövründə Azərbaycan paytaxtında
belə bir beynəlxalq tədbirin təşkilinin əhəmiyyətini
yüksək qiymətləndirib. Qeyd edib ki, bu gün dinamik
inkişaf mərhələsini yaşayan respublikamızda
kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması, maddi-texniki bazasının,
beynəlxalq informasiya məkanında mövqelərinin
möhkəmləndirilməsi istiqamətində mühüm
işlər görülür.
Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş Prezident
Kitabxanasına dövlət başçısı İlham
Əliyevin də xüsusi diqqət və qayğı
göstərdiyi, 2006-cı il iyunun 27-də onun
şəxsən kitabxanaya gələrək buradakı
vəziyyətlə maraqlanması, bu mədəniyyət
ocağmın işinin daha da yaxşılaşdırılması
ilə əlaqədar tapşırıq və tövsiyələrini
verməsi diqqətə çatdırılıb.
Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev konfransın
yalnız kitabxanalar arasında deyil, eyni zamanda,
ölkələr və xalqlar arasında informasiya
mübadiləsinin təşkilində mühüm rol
oynayacağını vurğulayıb. Nazir son iki ildə
Azərbaycanda kitabxana işinin inkişafı ilə
bağlı Prezident tərəfindən 4 dövlət
sənədinin imzalanmasını bu sahəyə ölkə
başçısının qayğısının
birbaşa təzahürü kimi qiymətləndirib.
Prezident
Kitabxanasının direktoru Mayıi Əhmədov qeyd edib ki,
konfransın əsas məqsədi cəmiyyətin
informasiyalaşdırılması, informasiya
texnologiyalarının kitabxana sahəsinə tətbiqi
şəraitində qabaqcıl təcrübənin
öyrənilməsi, fikir mübadiləsinin
aparılmasıdır. M.Əhmədov bildirib ki, hazırda bu
mədəni-maarif ocağı sənəd fondları və
biblioqrafik ehtiyatlar yaradılması, kitabxana proseslərinin
avtomatlaşdırılması, müasir kitabxana-informasiya
texnologiyalarının tətbiqi sahəsində
əhəmiyyətli vəzifələr yerinə yetirir. Bu, Azərbaycan
Prezidenti İcra Aparatının, mərkəzi və yerli icra
orqanlarının, ictimai və humanitar elmlər
sahəsində çalışan tədqiqatçılara
keyfiyyətli kitabxana-biblioqrafiya və informasiya xidmətinin
təşkil edilməsinə imkan yaradır.
Azərbaycan
dövlətçiliyinə, milli ideologiyaya və azərbaycançılığa
dair ədəbiyyatın təbliği mərkəzi kimi
kitabxana həm də ümummilli lider Heydər Əliyevin
zəngin irsinin və onun haqqında ədəbiyyatın
toplanması, saxlanması və təbliği üzrə vacib
funksiyaları yerinə yetirir. Kitabxananın yubileyi
ərəfəsində onun əsərlərinin Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatının
rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə
"Azərnəşr" tərəfindən nəşr
ediimiş 20 cilddən ibarət "Müstəqilliyimiz əbədidir"
çoxcildliyinin elektron versiyası hazırlanıb və
oxucuların istifadəsinə verilib.
Kitabxanada tətbiq
edilən "İRBİS-64 -Kitabxanaların
Avtomatlaşdırılma Sistemi" kitabxana-biblioqrafıya
proseslərinin bütün mərhələlərini
əhatə etməyə, iş prosesində davamlılığa
nail olmağa, korporativ şəbəkələrlə
əlaqəli işləməyə, beynəlxalq
standartları və təsnifat sistemlərini, internet
texnologiyalarını dəstəkləməyə və digər
müsbət xüsusiyyətlərə
yiyələnməyə imkan yaradıb. Bu sistem Prezident Kitabxanasında
fundamental elektron kitabxana yaradılmasına və oxuculara
məsafədən xidmət texnoloğiyasını tətbiq
etməyə imkan verib.
Hazırda Elektron
Kartotekanın Verilənlər Bazası ən vacib
məqalələri və dövri nəşrlərdən
götürülmüş digər materialları əks
etdirən 100 mindən artıq biblioqrafik yazını
əhatə edir.
Kitabxanada ən yeni texniki
vasitələrlə təchiz edilmiş 14 oxucu yeri olan elektron
resurslar zalı yaradılıb. Bu zalın tərkibində CD,
DVD və digər informasiya daşıyıcıları
toplanmış elektron media fondu təşkil edilib.
Avtomatlaşdırma
sisteminin vasitəsilə əməkdaşlarımız
tərəfindən elmi-tədqiqat, analitlk və ictimai-siyasi
fəaliyyətlə məşğul olan oxucu qruplarına
yardım məqsədi ilə 13 adda daim
yeniləşdirilən tammətnli elektron nəşr, 7 adda
elektron biblioqrafik göslərici yaradılıb.
M.Əhmədov belə
bir inamını ifadə edib ki, bu konfrans həm
Azərbaycanda kitabxana fəaliyyətinin inkişafı
üçün əlavə bir stimul olacaq, həm də
Prezident Kitabxanasının MDB ölkələrindən olan
həmkarları ilə beynəlxalq əlaqələrinln
möhkəmlənməsinə yardım
göstərəcək.
İki gün davam
edəcək konfransın işində Rusiya, Belarus,
Qazaxıstan və Moldovanın Prezident və Parlament kitabxan-larının
rəhbərlərinin, kitabxanaşünaslıq
sahəsində tanınmış alimlərin kitabxana
işinin inkişafının müxtəlif
istiqamətləri ilə bağlı məruzələri
dinləniləcək, müzakirələr aparılacaq.
Konfrans günlərində
nümayəndələr Azərbaycan
paytaxtının tarixi-mədəniyyət abidələri
ilə tanış olacaq, mədəni-kütləvi tədbirlərdə
iştirak edəcəklər.
Mədəniyyət.- 2008.- 25 yanvar.- S. 2.