Zümrüd

 

Mərkəzi-Elmi Kitabxananın növbəti nəşri işıq üzü görüb

 

Mərkəzi-Elmi Kitabxana "Azərbaycan SSR Elmlər Akademiyası nəşrlərinin biblioqrafiyası" adlı seriyadan növbəti kitabı nəşr edib. İlliyə 1987-ci ildə Respublika Elmlər Akademiyasının elmi-tədqiqat institutları və "Elm" 007-08007-08 nəşriyyatı tərəfindən çapdan çıxmış monoqrafiya, məcmuə, eləcə də dövri mətbuat əsərləri daxil edilib.

Biblioqrafik göstəricinin əhatə etdiyi materiallar müvafiq bölmələr əsasında təsnifləşdirilmiş və Elmlər Akademiyasının elmi idarələri üzrə bölünüb. Bir neçə istisna ilə bütün idarə və təşkilatların adları olduğu kimi saxlanılıb.

"Elm" nəşriyyatı tərəfindən buraxılan  qeyri-akademik  nəşrlər ayrıca bölmə altında verilib. Göstəriciyə daxil olan ədəbiyyat Azərbaycan və rus dillərində təqdim olunub. Oxucuların məcmuələrdən istifadəsini    asanlaşdırmaq məqsədilə biblioqrafik göstəricinin  sonuna yardımçı vasitə kimi müəlliflərin    adların  əlifba göstəricisi əlavə edilib.

 

Səs.- 2008.- 18 yanvar.- S. 12.