Heydər Əliyev Muzeyinin açılışı
Azərbaycan Prezidenti
İlham Əliyev yanvarın 17-də Ağcabədi rayonunda
Heydər Əliyev Muzeyinin açılışında
iştirak etmişdir.
Rəmzi açılışı
bildirən lenti kəsən dövlətimizin
başçısı İlham Əliyev xanımı Mehriban
Əliyeva ilə birgə muzeylə yaxından tanıs oldular.
İki
mərtəbədən ibarət və müasir
görünüşə malik muzeyin birinci mərtəbəsində
ulu öndərin büstü qoyulmuşdur. Burada konfrans salonu,
kompüter otağı, məktəblilər üçün
sinif otaqları vardır. Bildirildi ki, məktəblilər
muzeyə gələrək, ulu öndərin zəngin
həyatı, fəaliyyəti və irsi ilə tanış
olacaqlar. İkinci mərtəbədə eksponat salonu
yerləşir. Yaradılmış xüsusi
guşələrdə ulu öndərin uşaqlıq və
gənclik illərindən, ailə həyatından,
Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi
illərdən, Azərbaycana rəhbərliyinin hər iki
dövründən bəhs edən fotoşəkillər, dahi
şəxsiyyət haqqında yazılmış kitablar toplanmışdır.
Burada ümummilli liderimizin Qarabağ bölgəsinə, o
cümlədən Ağcabədiyə 1970-ci illərdə
dörd dəfə, 1993-cü ildən sonra isə iki
dəfə səfərinə, keçirdiyi
görüşlərə dair fotoşəkillər və
materiallarla da tanış olmaq mümkündür.
Dövlətimizin
başçısı muzeyin ayrı-ayrı
guşələri ilə tanış oldu, fəxri qonaqlar
kitabına ürək sözlərini yazdı.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxdılar.
Dövlətimizin başçısına
ümummilli lider Heydər Əliyevin Ağcabədiyə səfərlərini
əks etdirən fotoalbom təqdim olundu.
Azərbaycan.- 2008.- 19 yanvar.- S. 6.