Səlimqızı C.
Nazirliyin tələbi qətidir
Bu gün hər kəs torpaqdan gəlir mənbəyi kimi istədiyi formada yararlanmağa çalışır. Təbii ki söhbət səlahiyyətlilərdən gedir. Kimi neftə məxsus əraziləri satır, kimi hansısa təhsil ocağı, xəstəxana, yaxud uşaq baxçasının həyətini özəlləşdirib yerində göydələn ucaldır. Gözləri bununla da doymayan səlahiyyətlilər indi də milli sərvətimiz olan tarixi və mədəniyyət qoruqlarına əl uzadıblar. İstər paytaxt ərazisində, istərsə də bölgələrdə yerləşən həmin qoruqları kim necə istəyir satır, özəlləşdirir...
Təsadüfi deyil ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də öz açıqlamasında nazirliyə məxsus 200 hektar qoruq ərazisindən cəmi 3 hektar sahənin qaldığını bildirib. Nazir həmin ərazilərin yerli icra nümayəndəlikləri, bələdiyyələr tərəfindən satıldığını, özəlləşdirildiyini və digər məqsədlər üçün istifadə olunduğunu söyləyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətoğlu da bizimlə söhbətində bildirdi ki, 2007-ci ilin sonunda nazir Əbülfəs Qarayev mədəniyyət və tarixi abidələrin durumu ilə bağlı müşavirə keçirib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yerli, həmçinin, bölgə icra nümayəndəlikləri, bələdiyyə rəhbərləri ilə birgə keçirilən toplantıda müzakirə mövzusu sözügedən abidələrin hazırkı vəziyyəti olub: «Ümumiyyətlə, toplantıdan əvvəl də nazirlikdə mədəniyyət və tarixi abidələrimizlə bağlı narahatçılıq var idi. Nazirliyə məxsus qoruq ərazilərinin, parkların yerli icra nümayəndəliklərinin rəhbərləri tərəfindən satılması, özəlləşdirilməsi və digər məqsədlər üçün istifadə olunması ilə bağlı «siqnallar» almışdıq. Təbii ki, ortada dəqiq faktlar var idi. Bu məsələ ilə bağlı toplantıda faktlar əsasında məsələlər müzakirə olundu. Və həmin ərazilərin kimlər tərəfindən satılması müəyyənləşdi».
İ.Hümbətoğlunun sözlərinə
görə, müşavirədə
yerli və icra nümayəndəlikləri,
bələdiyyələrin iştirakı ilə həmin ərazilərdə
yerləşən, Mədəniyyət
və Turizm Nazirliyinə məxsus olan tarixi-mədəniyyət
qoruqları həmçinin,
parkların ərazilərinin
müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, nazirliyə məxsus ərazilərin sərhədi
müəyyənləşdiriləcək. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,
həmçinin, sözügedən
icra nümayəndəlikləri
ilə birgə qoruq və parklara
rəsmi sənədlər-şəhadətnamələr veriləcək.
İlin əvvəlindən
bu istiqamətdə işlərə başlandığını
deyən mətbuat xidmətinin rəhbəri
yaxın müddət
ərzində qərara
əməl olunacağını
bildirib. Qoruqların sərhədi müəyyən
ediləndən sonra artıq həmin ərazilərə Mədəniyyət
və Turizm Nazirliyindən başqa, heç bir icra strukturu müdaxilə edə bilməyəcək.
Mərkəz.- 2008.- 17 yanvar.- S. 11.