Tarixi abidələr bərpa olunub

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Qəbələ rayonunun Hərzə kəndindəki Türbələr kompleksində, Quba rayonunun Rustov kənd məscidində təmir işləri aparılıb. Bununla yanaşı, Balakən şəhərindəki Minarəli məsciddə, Zaqatala şəhərindəki Qala divarlarında, Hacıqabul rayonunun Qubadlı Baloğlan kəndindəki "Pir Hüseyn" xanəgahında, Astara rayonunun Ərçivan kəndindəki Ələmdə, Lənkəran şəhərindəki Dairəvi Qalada da bərpa işləri aparılıb. Bundan əlavə Nardaran qəsəbəsindəki "Xan bağı" abidəsi ətrafında drenaj sisteminin qurulması, Qax rayonunun İlisu kəndindəki "Simurq qala" abidəsinin sel sularından mühafizəsi ilə bağlı müvafiq işlər aparılıb.

 

Ayna.- 2008.- 11 yanvar.- S. 8.