"Kurortlar və sanatoriyalar haqqında"
qanunun qəbulu turizmin inkişafına təkan verəcəkdir
Milli Məclisin sosial siyasət
daimi komissiyasında "Kurortlar və sanatoriyalar haqqında"
yeni qanun layihəsi hazırlanmışdır.
Komissiyadan
bildirmişlər ki, Azərbaycanda son illərdə qeyri-neft
sektorunun inkişafına, ölkəyə turist
axınının gücləndirilməsinə,
Xəzərboyu ərazilərdə kurort, sanatoriya və
digər istirahət yerlərinin yaradılmasına xüsusi
diqqət yetirilir. Mövcud kurort-sanatoriya sisteminin yenidən
qurulması, əhalinin istirahətinin və müalicəsinin
təmin edilməsi məqsədi ilə möhkəm
hüquqi baza yaradılmalıdır. Bu qanun ölkədə
turizmin inkişafına, eləcə də insanların
sağlam həyat yaşamalarına geniş imkanlar
açacaqdır.
Qanunun qəbulu
Azərbaycanda kurort və sanatoriya şəbəkəsinin
inkişafı üçün geniş perspektivlər
açacaq, bu sahəyə sərmayə qoyulmasına
marağı artıracaqdır.
Respublika.- 2008.- 9 yanvar.- S. 1.