Berlində Azərbaycan rəssamının sərgisi

 

Alnıaniyanın Berlin şəhərində yerləşən "Berlin-Bakı Qalereyası"nda Azərbaycan Almaniya rəssamlarının əsərlərinin növbəti sərgisi keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərgidə Bakıdan Şamo Abbasov Berlindən Axel Qundrunıun 30-a yaxın rəsm əsəri nümayiş etdirilib. Sərgidə Azərbaycan etnoqrafiyasının tədqiqi ilə məşğul olan tanınmış alim, Berlin Etnoqrafiya Muzeyinin "Müsəlman Şərqi" idarəsinin rəhbəri İnqrid Şindelbekin həyat yoldaşı, həmin muzeyin "Cənubi bölgəsi Avstraliya" klarəsinin rəhbəri Markus Şindelbek rəssamların yaradıcılığı barədə məlumat verib.

Qeyd edək ki, "Berlin-Bakı Qalereyası"nın (GBB) açılışı ötən il noyabrın 18- olub. İdeyanın təşəbbüskarları berlinli rəssam dizayner Ebrahim Əhrari bakılı incəsənət xadimi Emin Məmmədovdur. Qalereyanın açılışında məqsəd almaniyalı azərbaycanlı rəssamlan, heykəltəraşların digər incəsənət n'ümayəndələrinin əsərlərinin birgə sərgisinin təşkili, iki xalq arasında mədəni münasibətlərin inkişafına töhfə verməkdir. Qalereyanın açılışında isə Müseyib Əmirov Detlef Olşevskinin əsərləri alman qonaqlara təqdim edilib. 2008-ci ildə Almaniyada keçiriləcək Azərbaycan Mədəniyyəti ili çərçivəsində Azərbaycan mədəniyyət incəsənətinin avropalılara tanıdılması məqsədi ilə çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılıb.

 

Ekspress.- 2008.- 12-14 yanvar.- S. 20.