Çiçək B.

 

Türkdilli ölkələrin rəsm əsərlərinin kolleksiyası toplanılır

 

Nahid Kabakçı deyir ki, Qərb türklərin rəssamlıq sənətinə heyrandır

 

Ölkəmizdə bir sıra mədəni tədbirlərin təşkilatçısı kimi tanınan Nahid Kabakçı tezliklə Azərbaycanda keçiriləcək. "Best model of the world" müsabiqəsinin təşkilatçısının adının bəlli olacağını bildirib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq bir sıra şirkət rəhbərləri Erkan Özərmana müraciət ediblər. Tezliklə o, müsabiqəni keçirmək arzusunda olan iş adamları ilə görüşəcək: "Çox güman ki, yaxın vaxtlarda yarışmanın təşkilatçısının adı məlum olacaq. Amma mən bu işdən geri çəkilirəın, təqaüdə çıxıram. Azərbaycanlı modellərin uğurlarına ürəkdən sevinirəm. Amma başqa sahədə fəaliyyətimi davam ctdirəcəyəm. Şou-biznesdən uzaqlaşıram".

Xatırladaq ki, 20 illik tarixi olan müsabiqə 2001-ci ildən ölkəmizdə keçirilib. Bu vaxta qədər müsabiqənin Azərbaycanda keçirilən qaliblərindən yalnız iki nəfər Türkiyədə keçirilən final yarışmada yer tuta biliblər. Amma qəribədir ki, onlardan heç biri dünya arenasında tanına bilməyib. Bu məsələyə aydınlıq gətirən N.Kabakçının sözlərinə görə, Azərbaycandan ilk dəfə bu yarışmada birinci yeri Sevda Əliyeva adlı maneken tutub. Onun sonradan uğur qazana bilməməsinin səbəbi barədə danışan müsahibim "bilirsiniz, o öz üzərində işləmədi. "Best model of the world" bir tramplindir. Manekenlik işi ondan sonra başlayır. Sevda elə düşündü ki, hamı onunla işləməyə can atacaq, onunla müqavilə bağlamağa çalışacaqlar. Ozü hərəkət etmədi, dəvət gözlədi. Əslində, elə deyil. Ümid edirəm ki, Rüstəm fərqli davranacaq", - dedi. Xatırladaq ki, Rüstəm Cəbrayılov ötən il "Best model of the world" yarışmasında "dünyanın ən yaxşı kişi modeli" seçilib.

Yaratdığı "Huma Kabakci" fondu barədə söhbət açan müsahibim deyir ki, qurum Azərbaycan Rəssamlıq Akademiyasına yardım etmək üçün yaradılıb. Bu fond vasitəsilə o, hər il akademiyaya kömək edir.

Söhbət əsnasında öyrəndik ki, Nahid Kabakçı dünyada türkdilli ölkələrin rəsm əsərlərini toplayan yeganə kolleksiyaçıdır. O 25 ildir bu işlə məşğuldur. Onun fikrincə, rəsm toplayarkən insanın fəlsəfəsinin olması vacibdir: "Hər kəs rəsm kolleksiyası toplaya bilər. Ancaq unikal kolleksiya toplamaq hamıya nəsib olmur. Bunun arxasında fəlsəfə olmalıdır. Məhz buna görə türkdilii ölkələri hədəf seçdim. Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Quzey Kipr, Özbəkistan, Azərbaycan, Rusiyanın tərkibində olan, lakin türkcə danışan Tatarıstan, Qaqauz türkləri, Ukraynada yaşayan Azərbaycan türklərinin çağdaş rəsm əsərlərini toplamağa başladım. Bunu dünyada məndən başqa edən yoxdur".

N.Kabakçı söyləyir ki, hazırda Türkiyədə yaşayan əksər türklər Qərb rəssamlıq sonətinə heyrandır. Halbuki, onun fıkrincə, Qərb rəssamlıq erası bitib. "Vaxtilə Pikasso da Orta Asiyadan ilhamlanıb. Bu gün Qərb deyir ki, bütün yeniliklər  Şərqdədir. Nəyə görə Çin, Hindistan, İran, hətta ərəb rəssamlarının əsərləri satışda var, amma türk rəssamlarının əsərləri yoxdur? Çünki türk rəsmlərini ortaya çıxarmaqdaıı, türk birliyindən qorxurlar. Əgər türk rəsminə türklər sahib çıxmazsa, kim sahib çıxar? Mən bu işə təkcə həyatımı qoymadım. Qızımı da bunun üçün yetişdirdim. Hazırda qızımın 17 yaşı var. Bu sahə üzrə London universitetində təhsil alır. İstəyirəm ki, gələcəkdə nəvələrimə bu sənəti aşılasın. 80 il sonra bu işi mənim nəticələrim görsünlər. Amma o zaman dünyanın ən böyük türk kolleksiyası ortaya çıxacaq. Topladığım kolleksiyam Azərbaycanda da sevə-sevə sərgiləyəcəyəm. Kolleksiyamda Azərbaycan rəsm sənətini görəcəksiniz".

Öyrəndik ki, fondun təşkilatçılığı sponsorluğu ilə bu il incəsənət layihəsi həyata keçiriləcək. "Bildiyiniz kimi, hər il Türkiyənin məşhur heykəltəraşı Mariya Kılıncoğlunun hazırladığı heykəlcik rəhbərlik etdiyim fond tərəfındən mədəniyyət sahəsindən yazan jurnalistə təqdim olunur". Bu ilin martında "Qız qalası" rəsm qalereyasında bu mərasimin 5 illiyinə həsr olunan möhtəşəm tədbir keçiriləcək. N.Kabakçının bildirdiyinə görə, artıq mükafatın kimə təqdim ediləcəyi dəqiqləşdirilib. Təbii ki, həmin jurnalistin adı tədbirdə açıqlanacaq. Həmin gün təqdimat mərasimi ilə yanaşı, Mariya Kılıncoğlu ilə İlke Kutlayın əl işlərindən ibarət sərgi açılacaq.

 

Ayna.- 2008.- 12 yanvar.- S. 19.