Zeynalova S.

 

Mənalı həyatın rəngləri

 

Teatrda yeni tamaşa hazırlanarkən ən mühüm məsuliyyətlərdən biri də tamaşa rəssamının üzərinə düşür. Xalq rəssamı Nazim Bəykişiyev qırx ilə yaxındır ki, bu işin ağırlığını öz çiyinlərində daşıyanlardan biridir.                         

Nazim Bəykişiyev 1948-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O, Azərbaycan karikaturasının banisi Əzim Əzimzadənin adını daşıyan Rəssamlıq Məktəbini bitirib. Bu sənətə daha dərindən yiyələnmək üçün Moskvadakı Lunaçarski adına Teatr və Kino İnstitutunun teatr rəssamlığı fakültəsində də təhsil almışdır. Yaradıcılıq imkanlarının genişliyi onda həm rəngkarlıq, həm də teatr rəssamlığı üzrə böyük uğurlar qazanmağa şans yaratmışdır.

Amerika, Avropa, Asiya ölkələrinin bir çoxunda, xüsusən Böyük Britaniya və Rusiya Federasiyasında da xalq rəssamı Nazim Bəykişiyevin fərdi yaradıcılıq sərgiləri tamaşaçılara təqdim olunmuşdur. Onun yaradıcılıq dünyası Azərbaycan incəsənəti üçün fəxrdir. Bu günlərdə xalq rəssamının Bakıda da ilk dəfə fərdi yaradıcılıq sərgisi açılmışdı. Onun əsərləri əsasən üç mövzudan: qadın gözəlliyindən, işıqdan və özünün də doğulub boya-başa çatdığı Abşeron bağlarından qaynaqlanır. Nazim Bəykişiyevin əsərlərində əsrarəngiz, özünəməxsus rəng koloriti, möhtəşəm kompozisiya nəzərə çarpır. O, dünyanı həm gördüyü, həm də görmək istədiyi kimi təsvir edir. Sanki onun baxdığı gözlə, gördüyü ətraf aləm arasında başqa bir pərdə var.

Teatr rəssamı kimi fəaliyyət göstərdiyi sənət sahəsində isə N.Bəykişiyev daha böyük uğurlar qazanmışdır. Teatrın səhnə görünüşünü əsərin ruhuna müasir tamaşaçı zövqünə uyğunlaşdıraraq hər dəfə yeni bir pərdə açır. Bütün tamaşalarda orijinal tərtibat elementləri olmasına baxmayaraq, dekorasiyalarda da daxili zənginlik özünəməxsus rəng çalarları ilə duyulmaqdadır.

Nazim Bəykişiyev bir çox teatrların - Azərbaycan Dövlət Milli Dram Teatrının, Musiqili Komediya Teatrının, Rus Dram Teatrın, Ağdam, Şəki bir çox digər teatrların səhnəsində oynalmış tamaşaların dekorasiyalarının müəllifidir. Onun səhnə tərtibatları özünəməxsusluğu ilə hər zaman diqqəti cəlb edir. Əbəs yerə deyil ki, mərhum Elçin Məmmədovla Nazim Bəykişiyevin birgə tərtibatı ilə araya-ərsəyə gələn Hüseyn Cavidin "İblis" tamaşası Dövlət mükafatına layiq görülmüşdür.

2006- ilin payızında Azərbaycan ölməz sənətka Ü.Hacıbəyovun "Arşın mal alan" tamaşası Avstriya səhnəsində tamaşaya qoyulmuşdur. Teatrın bədii estetik tələblərinə ideal şəkildə cavab verən tamaşanın tərtibatı rəssam N.Bəykişiyevin üzərinə düşmüşdür. Onun müəllifi olduğu tərtibatlardan biri dahi ingilis dramaturqu V.Şekspirin "Hamlet" əsəri olmuşdur. Bütün bunlar, əlbəttə, Azərbaycan teatrının uğurlarıdır. Teatr işi kollektiv əməyin nəticəsində meydana gəlir - dramaturqun, rejissorun, aktyorun, bəstəkarın, işıq, qrim ustasının, dərzinin başqalarının bütün bu işdə öz yaradıcı əməyi vardır.

Rəssamın verdiyi bədii tərtibatlar dinamik və sükunətdə olaraq sanki tamaşaçıya müraciət edir. Görkəmli Azərbaycan rəssamı, 30-dan artıq milli kino əsərinə rəssamlıq edən, rəngkar, professor Mayis Ağabəyov müsahibələrinin birində belə bir fıkir söyləmişdir: "Kino rəssamının yaradıcılığının nəticələrini izləmək çətindir, hətta bu mümkünsüz olur. Əgər tamaşaçı kino rəssamının yaradıcılığını bilavasitə görmək imkanına malik olsaydı, ola bilsin ki, rəssamın kinoda yaratdığı hər bir şeyi möcüzə adlandırardı". Teatrda isə tamaşaçı ilk olaraq zala daxil olanda pərdə açılarkən onun üzbəüz qaldığı ilk şey səhnə dekorasiyasıdır. Deməli, teatr spesifikasını təmsil edən başlıca şərtlərdən biri rəssamlıqdır. Teatrda, yeri gəldikdə sırf rəngkarlıqla ya qrafıka ilə məşğul olan rəssamlar da bədii tərtibatla məşğul olurlar. Bütövlükdə isə milli səhnəqrafiyamızın yaradıcıla onu məharətlə davam etdirən sırf teatr rəssamları var. Hər bir sahə öz mütəxəssisinə valə ediləndə isə daha dolğun nailiyyət əldə edilir. Məhz Nazim Bəykişiyevin sənəti kimi Bəykişiyevin yaratdığı tərtibatlar hər zaman fəlşəfi orijinallığı ilə tamaşaçını düşündürməyə, hadisələri rənglər, müxtəlif çalarlar vasitəsilə dərk etməyə vadar edir. O, əsas diqqəti dekorasiyalara geyimlərə, tarixi dəqiqliyin saxlanılmasına səhnələrin canlı, dinamik, həyatdakı kimi, lakin daha müasir, milli konkretləşmiş şəkildə alınmasına yönəldir.

 

Xalq qəzeti.- 2008.- 20 yanvar.- S. 6.