Sarıyeva İ.
Yeni Xalçaçılıq
Fondu Xalçalarımızı qoruya biləcəkmi?
Ənvər Qarayev:
“Təbliğatdan çox şey asılıdır”
Lətif Kərimov adına
Xalçaçılığın İnkişafı Fondu
İctimai Birliyi yaradılıb. Bu baradə «Bakı-Xəbər»ə
Fondun vitse-prezidenti Ənvər Qarayev məlumat verib. Ə.Qarayev
bildirdi ki, bütüıı dünyada qədim və
müasir Azərbaycan xalçalarının
təbliğatına böyük ehtiyac var. Azərbaycan
xalçalarının fars, erməni, Qafqaz xalçaları
adı ilə təqdim edildiyini deyən Ə.Qarayev bu
təşkilatın xəttilə Azərbaycan xalqına
ınsxsus xalçaların adını özünə
qaytarmaq niyyətində olduqlarını bildirdi:
«Bizim
qarşımızda duran əsas məsələlərdən
biri də müasir Azərbaycan
xalçaçılığını dünyada tanıtmaqdır.
Digər tərəfdən, rəhmətlik Lətif
Kərimovun böyük mədəni irsi - çap
olunmamış məqalələri, xalça eskizləri
qalıb. Biz onun çap edilməmiş əlyazmalarını
çap etdirmək, xalça eskizlərini toxutdurmaq
istəyirik».
Ə.Qarayev milli xalçaçı-lıq sənətimizi dünyada təbliğ etmək üçün üç dildə-Azər-baycan, ingilis və alman dil-lərində
«Azərbaycan xalçası» jurnalını
nəşr edəcəkləri-ni dedi: «Bu da
xalçaçılığın təbliğində
böyük rol oyna-yacaq».
«Etiraf edək ki, bu gün dünya xalça bazarında Azərbaycan xalçaları məxsus olduğu xalqın, dövlətin adı ilə təqdim edilmir. Siz özünüz də dediniz ki, dünya muzeylərində Azərbaycan xalçaları digər xalqların adı ilə təqdim edilir. Ədaləti bərpa etmək sizin təşkilat üçün çətin olmayacaq ki?» - deyə qurumun vitse-prezidentindən soruşduqda o, cavabında «biz buna ciddi cəhdlə çalışacağıq. Bizim xalçalar, əsasən İran xalçası adı ilə təqdim edilir. Çoxları bilmir ki, İranda neçə milyon azərbaycanlı yaşayır, onlar elə bilir ki, bu, fars xalçasıdır. Ona görə də biz xalçalarımızın sərgilərini təşkil etmək, adımızı özümüzə qaytarmaq istəyirik. Təbliğatdan çox şey asılıdır. Biz Fransada sərgi təşkil etmək istəyirik, hazırda onlarla danışıqlar gedir. O sərgidə xalça da, müasir qobelen, bədii metal nümunələri, milli geyimlərimiz nümayiş ediləcək. Təbii ki, burada Azərbaycan milli dekorativ tətbiqi sənətinin nümunənərilə tanış olacaqlar. Bilirsiz ki, Azərbaycanda hər bölgənin özünəməxsus xalça ənənələri var. Bu məktəblər də bir-birindən fərqlənir» - deyə bildirdi.
Məlum olduğu kimi, dünyanın əksər ölkələrindən Azərbaycana xalça idxal olunur, yerli bazarda, demək olar ki, milli xalçaya rast gəlinmir. Azərbaycan xalçalarının yerli və dünya bazarlarına çıxmasında nə kimi məhdudiyyətlərin olmasına gəldikdə, Ə.Qarayev bu sahədə heç bir problem olmadığını bildirdi. Ə.Qarayev xaricdən satış məqsədilə ölkəmizə gətirilən xalçaların yerli xalçalardan bir neçə dəfə ucuz oldüğu üçun kənardan gətirilən xalçaların bazarda çoxluq təşkil etdiyini və daha çox alıcısının olduğunu dedi: «Bizim xalçalar xaricə ixrac olunur. «Azərxalça»nın dünyanın müxtəlif ölkələrilə müqaviləsi var. «Azərxalça» ənənəvi xalçaları xaricə ixrac edir. Sadəcə olaraq, İran, Hindistan və başqa ölkələrdə toxunan xalçalar nisbətən ucuz qiymətə olduğu üçün o xalçaların satışı daha çoxdur. Bizim xalçaların toxunuşu mürəkkəb olduğu onun qiyməti bir qədər bahadır və onlar az satılır. Bizim xalça bütün dünyada istər məzmununa, istər texnikasına, istərsə də rəng koloritinə görə öndə gedən xalçalardır, onu, əsasən turistlər ahr. Xalça mağazalarında həm müasir, həm də qədim xalçalar var. Bizim xalçaların satışı o qədər çox olmasa da, amma var. Yaxşı xalça rəssamlarımız var, maraqlı əsərlər işləyirlər. Həm ölkə daxilində, həm də ölkə xaricində keçirılən sərgilərdə əsərləri göstərilir. Çox zaman bu xalça nümunələri xaricdəki qalereya sahibləri tərəfindən alınır. Bu da Azərbaycan xalçasının bir növ təbliğat üsuludur».
İtib-batmaq üzrə olan xalça çeşnilərinin olmadığını deyən Ə.Qarayevin sözlərinə görə, elə bir qədim Azərbaycan xalçası yoxdur ki, onun nümunəsi olmasın: «Bizim fondun əsas işindən biri də itməkdə olan xalça çeşnilərini bərpa etmək, yaxud da onu yenidən toxumaqdır. Bilirsiz ki, «Şeyx Səfi» xalçası Londonda Viktoriya-Albert muzeyindədir. Dəfələrlə rəsmi müraciətlərimizə baxmayaraq, o xalçarı bizə vermirlər. Bizim öz xalça seximizdə “Şeyx Səfi” xalçası olduğu kimi dəqiqliyilə yenidən toxunacaq. Bunun ölçüsü də, rəngləri də, iplər təbii rənglərlə rənglənəcək eynilik təşkil edəcək. Digər xalça növlərimiz də mütamadi olaraq toxunur».
Ə.Qarayev Lətif Kərimov adına Xalçaçılığın inkişafı Fondu ictimai Birliyinin Azərbaycan Mədəniyyətinin
Dostları Fondu tərəfindən maliyyələşdirildiyini
və ayrılan maliyyə vəsaitindən səmərəli
istifadə edərək,
Azərbaycan xalçasının dünyada təbliğatı sahəsində
böyük işlər gördüklərini
də bildirdi.
Bakı xəbər.- 2008.- 23 yanvar.- S. 15.