Karikaturaçılarımız mükafat alıblar

 

İtaliyada keçirilən “Sülh üçün məktub” beynəlxalq karikatura müsabiqəsində həmyerlimiz Elman Mirzəyev iştirak edib. Karikaturaçı rəssam müsabiqənin xüsusi mükafatına layıq görülüb. Bu barədə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən məlumat verilib.

Xəbərdə daha sonra bildirilir ki, İranda keçirilən 8-ci beynəlxalq İran karikatura bienalisinin nəticələri də açıqlanıb: Bu müsabiqədə karikaturaçı rəssam Seyran Cəfərli ıkinci yerə layiq görülüb. Braziliyada keçirilən üçüncü beynəlxalq karikatura müsabiqəsində də uğurlar əldə etmişik. Bu layihədə karikaturaçı rəssam Bayram Hacızadənin əsəri müsabiqənin ən yaxşı karikaturalarından ibarət kataloqa daxil edilib".

 

Mövqe.- 2008.- 15-16 yanvar.- S. 13.