Bişkekdə ümummilli lider
Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs
edən fotosərgi açılmışdır
AzərTAc-ın xüsusi
müxbiri xəbər
verir ki, Bişkekdə Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən fotosərgi açılmışdır.
Sərgiyə gələnlər
arasında dünya şöhrətli qırğız
yazıçısı Çingiz
Aytmatov da olmuşdur.
Bişkekdəki Türkdilli
Ölkələrin Siyasətinə
Dəstək İctimai
Fondunun prezidenti Nüsrət Məmmədov
bildirmişdir ki, türkdilli dövlətlərin
əksəriyyətində 2008-ci il Heydər Əliyev ili elan olunmuşdur. Bu il həmin
ölkələrdə Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsi
ilə bağlı silsilə tədbirlər keçirilməsi nəzərdə
tutulmuşdur.
Yazıçı Çingiz
Aytmatov da bu ideyanı dəstəkləyərək demişdir:
"Mən Heydər Əliyevin xatirəsinə
həsr olunmuş bir sıra elmi
konfransların keçirilməsi
təşəbbüsünü böyük məmnuniyyətlə
dəstəkləyirəm. Bu böyük şəxsiyyət
tərəqqi və yeni əsrin rəmzi olaraq qalır".
Çingiz Aytmatov və Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev bütün türkdilli dövlətlərdə
ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfransların keçirilməsi
ilə bağlı
məsələləri müzakirə
etmişlər.
Azərbaycan.- 2008.- 9 yanvar.- S. 1.