Vəfalı T.
Muzeylərə
1,4 milyon nəfər gəlib
Azərbaycanda 37 milyon kitab fondu olan 4033 kütləvi kitabxana, 2760 klub müəssisəsi, 192 muzey, 31 peşəkar teatr, 4 filarmoniya, 6 musiqi kollektivi və 2 konsert zalı əhaliyə xidmət göstərir. Kütləvi kitabxanaların il ərzində ümumi, o cümlədən latın qrafikasında olan kitab fondu xeyli artıb. 2007-ci ildə həmin kitabxanalarda əhalinin hər 1000 nəfərinə düşən kitab və jurnalların sayı 4320 nüsxə olduğu halda, 2008-ci ildə bu göstərici 4335 olub. Ötən il muzeylərə gələnlərin sayı 1,4 milyon, teatrlara gələnlərin sayı isə 0,5 milyon nəfər olub. Teatrlarda repertuar müntəzəm olaraq təzələnir və tamaşalar Azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir. Tarixi və mədəniyyət abidələrinin qorunub-saxlanılması və mühafizəsi də vacib məsələlərdəndir. Bu səbəbdən də ölkəmizdə dövlət əhəmiyyətli qoruqların sayı 27-yə çatdırılıb. Haqqında bəhs edilən proseslər cari ildə də davamlanacaq.
Həftə
içi.- 2009.- 30 yanvar.- S. 7.