Azərbaycanın sənət məbədi
Azərbaycan Dövlət Filarmoniyası Heydər
Əliyevin səyi və istəyi nəticəsində
2004-cü ilin yanvar ayında təmirdən sonra tamaşaçılara
təhvil verildi
Azərbaycan Dövlət Filarmoniyasının
yaranmasından 73 il ötür. Bu binanın mövcud
olduğu zamandan bu günə qədər zəngin bir yol keçmiş,
fəaliyyət dairəsi
Azərbaycanla məhdudlaşmamışdır.
Qeyd edim ki, filarmoniyanın
binası 1910-1912-ci illərdə
"İctimai toplantıların
yay binası" proyekti kimi inşa edilmişdir.
Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra
1920-ci ildə pərakəndə
fəaliyyət göstərən
ansambllar, orkestrlər
və musiqi həvəskarları bu
binada toqlandı.
1936-ci ildə SSRİ-nin (MDB) başqa respublikalarında olduğu
kimi, Azərbaycanda
da filarmoniya yarandı. 1936-1937-ci illərdə
binada bərpa işləri götürülmüşdür.1937-ci
il avqust ayının 11-də isə
Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı
ilə AK (b) MK-dan xahiş edildi ki, Əməkdar İncəsənət xadimi
Müslüm Maqomedoviç
Maqomayevin adını
əbədiləşdirməkdən ötrü Azərbaycan
Dövlət Filarmoniyasına
bəstəkarın adı
verilsin. Elə həmin ildən
Azərbaycan Dövlət
Filmoniyası Respublikamızın
mədəni həyatında
əvəzedilməz rol
oynayır. Filarmoniya milli
və klassik musiqiçilərin təkrarsız
təbliğat ocağıdır.
Bu möhtəşəm konsert təşkilatında
7 kollektiv fəaliyyət
göstərir. Bunlar
Azərbaycan Respublikasının
xalq artisti, Dövlət mükafatları
laureatı, professor Rauf
Abdullayevin rəhbərliyi
ilə Ü.Hacıbəyov
adına Azərbaycan
Dövlət Simfonik
Orkestri, Azərbaycan
Respublikasının xalq
artisti Gülbacı
İmanovanın rəhbərliyi
ilə Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan
Respublikasının Xalq
Artisti Teymur Göyçayevin rəhbərliyi
ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Fortepiano Triosu,
Azərbaycan Dövlət
Simli Kvarteti, F.Əmirov adına əməkdar kollektiv Azərbaycan Dövlət
Mahnı və Rəqs ansamblı, bu kollektivin nəzdində fəaliyyət
göstərən Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri
orkestridir. Xatırladaq ki, Azərbaycan
musiqisevərlərinin könlünü oxşayan
bu möhtəşəm
konsert təşkilatının
binası 1996-cı ildən
bəri təmir işləri ilə əlaqədar fəaliyyət
göstərmirdi. 8 illik fasilədən sonra binada təmir işlərinə
başlandı. Ümummilli lider Heydər Əliyevin şəxsi səyi və istəyi nəticəsində
8 aylıq təmirdən
sonra 2004-cü ilin yanvar ayında təntənəli surətdə
tamaşaçılara təhvil verildi. Açılışda Prezident
İlham Əliyev, Mədəniyyət naziri
Polad Bülbüloğlu,
dünyaşöhrətli violençel ustası Mstivlav Rostropoviç, Azərbaycan Respublikasının
xalq artisti, professor
Fərhad Bədəlbəyli
iştirak etmişdir.
Filarmoniyanın təntənəli
açılışına həsr olunan konsertdə dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Dövlət Simfonik Orkestri və Gülbacı İmanovanın
rəhbərliyi altında
Dövlət Xor Kapellasının təqdim
etdiyi konsert proqramı böyük müvəffəqiyyətlə qarşılandı. Proqramda
Mstivlav Rostropoviçin
ifasında İ.S.Baxın
2 saylı süitasında
Sarabanda, Firəngiz
Əlizadənin açılışa
həsr etdiyi "İthaf" (ilk ifa), Ü.Hacıbəyovun "Koroğlu"
operasına uvertüra,
Q.Qarayevin "Yeddi
gözəl" biletindən
"Vals" və
"Yürüş", F.Əmirovun "Azərbaycan
Kapriççiosu" və Ü.Hacıbəyovun
"Koroğlu" operasından
"Çənlibel xoru"
səsləndi. Azərbaycan Dövlət Filarmoniyası
Respublikanın aparıcı
konsert təşkilatıdır.
Filarmoniya klassik musiqinin
təbliği və
təşviqində müstəsna
rol oynayır. Öz daxilində fəaliyyət
göstərən kollektivlərdən
əlavə, burada xarici ölkələrdən
gələn məşhur
solistlərin çıxışları
mütəmadi olaraq
təşkil edilir.
Filarmoniyada keçirilən
konsertlərin daha maraqlı təşkilində
xaricdən dəvət
olunan ifaçıların
çıxışlarında böyük rolu var. Son iki il ərzində
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi Filarmoniyanın
müxtəlif kollektivləri
ilə çıxış
edən xarici artistləri respublikamıza
dəvət edir. Bu siyahıda V.V.Andreyev adına Dövlət Akademik Rus Orkestrinin bədii və baş dirijoru Dmitri Xoxlov, Norveç Opera və Balet Teatrının solisti İngebörq Kosmo, xalq artisti,
Vokalçıların Beynəlxalq
Müsabiqələr laureatı
Tatyana Pimenova, "Bazel"
Musiqi Akademiyasının
professoru, Fransız
"Diapazon D, OR" mükafatı
laureatı İvan Moniqetti, Ukrayna Milli Opera Teatrının
solisti İrina Dats, İohann Ştaraus adına Vtana ansamblı, Ukrayna Respublikasının
əməkdar artisti
Oksana Dika, Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Marqarita Maruna, Türkiyə fleytaçısı
Şefika Kutluer, almaniyalı dirijor Pyer Domentik Ponnellenin və digərlərinin adı
var.
Səs.- 2009.- 7 yanvar.- S. 12.