Xalq yazıçısı Anara Polad Bülbüloğluya TÜRKSOY-un yubiley medalı təqdim olunub

  

        TÜRKSOY təşkilatının 15 illik yubileyi münasibətilə yanvarın 17- Ankarada keçirilən mərasimdə türk dünyasının tanınmış siyasət, elm mədəniyyət xadimlərinə yubiley medalı təqdim olunub.

Yubiley tədbirləri ilə bağlı TÜRKSOY-un Ankaradakı baş qərargahında keçirilmiş mətbuat konfransında təşkilatın baş direktoru Düseyn Kaseinov bildirib ki, 5 türkdilli ölkənin mədəniyyət nazirlərinin iştirak etdiyi mərasimdə 8 nəfərə türk dünyasındakı əməkdaşlığın, xüsusilə mədəni əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə mükafatlar verilib. Onların arasında Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, professor İhsan Doğramaçı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, xalq yazıçısı Anar da var.

Yubiley tədbirləri çərçivəsində türkdilli ölkələrin musiqi akademiyalarının rəhbərləri, o cümlədən xalq artisti fərhad Bədəlbəyli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bilkənt konsert salonunda keçirilən bayram konsertində Azərbaycanın xalq artisti Azər Zeynalov, rəqqaslar Nikolay Peşerov Sevinc Hüseynli iştirak ediblər. 

 

Ədəbiyyat qəzeti.- 2009.- 23 yanvar.- S. 2.