"Abşeron" Rəsm Qalereyasının layihələri

 

"Abşeron" Rəsm Qalereyası 2009-cu ildə bir sıra yeni kitab nümunələrindən ibarət layihələri reallaşdırmağı qərara almışdır. Qalereyanın təşkilatçılığı ilə həyata keçiriləcək layihələr tanınmış rəssamlarımızın yaradıcılığından ölkəmizin malik olduğu milli mədəni dəyərlərdən bəhs edəcəkdir. Bu il həyata keçirilməsi planlaşdırılan kitab layihələrdən biri "Milli dəyərlər" layihəsidir. Üç mərhələdə reallaşdırılacaq layihədə milli adət-ənənələrə dair mərasimlər əhatə olunmaqla yanaşı, dünyasını dəyişmiş rəssamlarımızın yaradıcılığını əks etdirəcəkdir. Hər bir layihə çərçivəsində nəşr olunan kitablar Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini xronoloji ardıcıllıqla işıqlandıracaqdır.

 

   "Abşeron" rəsm qalereyasının direktoru Eldəniz İbrahimov bildirmişdir ki, yaxın vaxtlarda çapdan çıxacaq belə kitablardan biri Azərbaycanın hərb tarixinə həsr ediləcəkdir. Bu silsilə çərçivəsində artıq ilk nəşr işıq üzü görmüşdür. Azərbaycan, ingilis rus dillərində nəşr etdirilən "Yarımçıq qalmış melodiya" kitabı məşhur rəssam pedaqoq Ənvər Əliyevin xatirəsinə həsr olunmuşdur. Eləcə , xarici hərraclarda əsərləri qiymətləndirilmiş ilk azərbaycanlı rəssam Rəhman Şixəliyevin yaradıcılığından bəhs edən ikinci kitab çapa hazırlanır.

 

   Həyata keçiriləcək ikinci layihə "Vətən qarış-qarış" adlanır. Bu çərçivədə nəşr olunan ilk kitab "Şərqin qapısında möcüzələr" adlanır. Burada Qəbələdən başlamış Balakənə qədər olan rayonlardakı hər bir möcüzə barədə söhbət açılır.

 

   Sonuncu, üçüncü layihə - "Art monitor" isə hazırlıq mərhələsindədir. Bu seriyadan ilk kitab Qərbdə maraqlı məişət lövhələri natürmortları ilə tanınan rəssam Oruc Məmmədovun yaradıcılığından bəhs edəcəkdir.

 

Səs.- 2009.- 17 yanvar.- S. 12.