“Azərbaycan mənim vətənimdir” mövzusunda rəsm müsabiqəsi keçirilib
Mir Cəlal Paşayev adına "Bahar" Uşaqlara Qayğı İctimai Birliyi Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
münasibətilə Gəncə
Dövlət Rəsm Qalereyasında "Azərbaycan
mənim vətənimdir"
mövzusunda rəsm müsabiqəsi keçirilib.
Müsabiqəyə 22 məktəbdən
72 iş təqdim olunub. Onlardan 9 işin müəllifi qiymətli hədiyyələrlə
mükafatlandırılıb. Münsiflər heyətinin
qərarı ilə ilk üç yeri tutan müəlliflərə
müvafiq olaraq 100, 70
və 50 manat pul mükafatı verilib.
Təqdimetmə
mərasimində bildirilib ki, məktəblilərin uğurlu
əl işləri gələcəkdə satışa
çıxarılacaq və ondan əldə edilən
gəlir müəlliflərin razılığı ilə
uşaq evlərinin hesabına keçiriləcək
Səs.- 2009.- 6 yanvar.- S. 12.