Ulu Öndərin
xatirəsinə həsr
olunmuş rəsm müsabiqəsi keçirilmişdir
Atatürk Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş birinci rəsm müsabiqəsi keçirilmişdir.
Bakı şəhəri üzrə Təhsil İdarəsi və Türkiyənin "Özkaya Qrup" şirkətinin birgə layihəsi olan müsabiqəyə paytaxtın on məktəbindən 50-yə yaxın şagirdin 50-dən çox rəsm əsəri təqdim olunmuşdur.
Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Ərkan Özoral, Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov və digər natiqlər fenomen şəxsiyyət Heydər Əliyev irsini yaşatmaq məqsədi daşıyan tədbirin əhəmiyyətindən danışmışlar.
Sonda qaliblərə - Tərlan
İsazadəyə (I yer),
Arzu Məmmədova
(II yer), İlkin Zülfüqarlıya (III yer),
Ayşən Babayevaya
(IV yer), Dilbər Məmmədliyə (V yer)
diplomlar və üç nəfərə
həvəsləndirici mükafat
verilmişdir.
Respublika.- 2009.- 1 yanvar.- S. 7.