Züm­rüd

 

Ta­hir Sa­la­hov-80 ad­lı ka­ta­loq dərc edi­lib

 

Ka­to­loq­da dün­ya mə­də­niy­yə­ti­nin can­lı əf­sa­nə­si­nə çev­ril­miş, adün­ya bə­dii pro­se­si­nə töh­fə­lər ver­miş rəs­sa­mın ya­ra­dı­cı­lı­ğın­dan söz açı­lır

 

Azər­bay­can Mə­də­niy­yət Tu­rizm Na­zir­li­yi "Ta­hir Sa­la­hov-80" ad­lı ka­ta­loq dərc edib. "İn­di­qo" nəş­riy­ya­tın­da işıq üzü gör­müş bu nəş­rin ti­ra­jı 1000 nüs­xə­dir. Ka­ta­loq Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin müa­sir Azər­bay­can bo­ya­kar­lıq mək­tə­bi­nin gör­kəm­li nü­ma­yən­də­lə­rin­dən bi­ri olan Ta­hir Sa­la­ho­vun yu­bi­le­yi­nin ke­çi­ril­mə­si haq­qın­da Sə­rən­ca­mı ilə açı­lır. Yu­bi­ley təd­bir­lə­ri pla­nı da bu sə­nəd əsa­sın­da ha­zır­lan­mış hə­ya­ta ke­çi­ril­miş­dir.

Zövq­lə tər­tib edil­miş ka­ta­lo­qun ilk sə­hi­fə­lə­rin­də mə­də­niy­yət tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­ye­vin müa­sir Azər­bay­can təs­vi­ri sə­nə­ti­nin gör­kəm­li nü­ma­yən­də­si, bü­tün ya­ra­dı­cı­lı­ğı sə­nə­tə Və­tə­nə tə­mən­na­sız xid­mət nü­mu­nə­si olan Ta­hir Sa­la­ho­va təb­rik­lə mü­ra­ci­ət edir. Ru­si­ya Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın rə­ya­sət he­yə­ti­nin üz­vü, "Tret­ya­kovs­ka­ya qa­le­re­ya" jur­na­lı­nın baş re­dak­to­ru, aka­de­mik Alek­sandr Ro­cin dün­ya mə­də­niy­yə­ti­nin can­lı əf­sa­nə­si­nə çev­ril­miş, xal­qı­mı­zın bö­yük ənə­nə­lə­ri­nin dir­çəl­dil­mə­si­nə, dün­ya bə­dii pro­se­si­nə mi­sil­siz töh­fə­lər ver­miş, is­te­dad­lı rəs­sam qra­fik, müa­sir təs­vi­ri sə­nə­ti öz bən­zər­siz əsər­lə­ri ilə zən­gin­ləş­dir­miş həm­və­tə­ni­mi­zin ya­ra­dı­cı­lı­ğı haq­qın­da söh­bət açır. Ye­ni nəş­rin son­ra­kı sə­hi­fə­lə­rin­də Ta­hir Sa­la­ho­vun də­rin mə­na­lı, yük­sək bə­dii də­yər­lə­ri ilə se­çi­lən əsər­lə­ri­nin rep­ro­duk­si­ya­la­rı ve­ril­miş­dir. Ka­ta­loq­da 70-dən çox əsər - bo­ya­kar­lıq qra­fi­ka nü­mu­nə­lə­ri, port­ret­lər, pey­zaj­lar na­tür­mort­lar təs­vir edi­lir. Kə­tan, kar­ton ka­ğız üzə­rin­də, yağ­lı bo­ya, ka­ran­daş, kö­mür ya flo­mas­ter­lə çə­kil­miş bu əsər­lə­rin ha­mı­sı ey­ni də­rə­cə­də cəl­be­di­ci an­la­şıq­lı­dır. Bu­na gö­rə , heç kəs on­la­ra la­qeyd qal­mır. "Qa­ra Qa­ra­ye­vin port­re­ti", "Tə­mir­çi­lər", "To­xun­ma bar­daq­la­ra" na­tür­mort, "Qu­ru­muş gü­nə­ba­xan­lar", "Xə­zər sa­hi­lin­də qa­ya­lar", "Nar­da­ran", "Höv­san. Köh­nə məs­cid" da­ha ne­çə-ne­çə əsə­rin hər bi­ri doğ­ma di­ya­rı­na, öz qəh­rə­man­la­rı­na ürək­dən bağ­lı olan bö­yük rəs­sa­mın sə­nət nü­mu­nə­lə­ri­dir. Ka­ta­lo­qun son 30 sə­hi­fə­sin­də yu­bil­ya­rın fo­to ar­xi­vin­dən gö­tü­rül­müş fo­to­şə­kil­lər­də Ta­hir Sa­la­ho­vun ulu ön­dər Hey­dər Əli­yev Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev­lə, RF-nin sa­biq pre­zi­den­ti, in­di­ki Baş na­zir Vla­di­mir Pu­tin­lə gö­rüş­lə­ri əks et­di­ri­lir. Bu­ra­da­kı fo­to­şə­kil­lər Bo­ris Yelt­si­nin, on­dan da­ha əv­vəl Leo­nid Brej­ne­vin bü­tün dün­ya­da çox­dan nü­fuz qa­zan­mış azər­bay­can­lı rəs­sa­mın ya­ra­dı­cı­lı­ğı­na ma­raq gös­tər­mə­si­nə, ha­be­lə, dün­ya­nın bir sı­ra baş­qa öl­kə­lə­ri­nin döv­lət xa­dim­lə­ri ic­ti­mai xa­dim­lə­ri ilə, gör­kəm­li rəs­sam­lar, ar­tist­lər dün­ya mə­də­niy­yə­ti­nin di­gər xa­dim­lə­ri ilə yu­bil­ya­rın əla­qə­lə­ri­nə sü­but­dur. Doğ­ma Və­tə­ni Azər­bay­ca­nın, Ru­si­ya­nın baş­qa öl­kə­lə­rin çox­say­lı yük­sək mü­ka­fat­la­rı­na la­yiq gö­rül­müş Ta­hir Sa­la­ho­vun 80 il­lik yu­bi­le­yi mü­na­si­bə­ti­lə işıq üzü gör­müş ye­ni nəşr­də top­lan­mış ma­te­ri­al­lar xal­qı­mı­zın mə­də­niy­yə­ti­nin bey­nəl­xalq əhə­miy­yə­ti­nin təb­li­ğin­də bö­yük xid­mət­lə­ri olan bu gö­zəl in­sa­nın bü­tün dün­ya­da məş­hur ol­ma­sı­nı bir da­ha təs­diq edir.
   

Səs.- 2009.- 9 yanvar.- S. 15.