İndoneziya Universitetində Azərbaycan
guşəsi açılıb
Bakı, (AzərTAc). Yanvarın
20-də İndoneziyanın Syarif Hidayətullah adına
Dövlət İslam Universitetinin ədəbiyyat və
humanitar elmlər fakültəsində Azərbaycan guşəsinin
açılışı olmuş, "Azərbaycan bu
gün" mövzusunda seminar keçirilmişdir.
Hər iki tədbirdə
Azərbaycanın İndoneziyadakı səfiri İbrahim
Hacıyev, İndoneziya Xarici
lişlər
Nazirliyinin Azərbaycan üzrə əlaqələndiricisi Hikmət
Moelcavan, universitetin rəhbər şəxsləri, ali
təhsil ocağının professor-müəllim və
tələbə heyəti, səfirliyin
əməkdaşları və jurnalistlər iştirak
etmişlər.
Prorektor Sudarnoto Əbdül Hakim,
universitetin ədəbiyyat və humanitar elmlər
fakültəsinin dekanı Əbdül Xayr təhsil
ocağında Azərbaycan guşəsinin
açılmasını yüksək
qiymətləndirmiş, bunun ölkələrimiz arasında
əlaqələrin inkişafına töhfə
verəcəyinə ümid etdiklərini bildirmişlər.
Səfir İbrahim Hacıyev
Azərbaycan Prezidentinin İndoneziya ilə
əlaqələrin və əməkdaşlığın
genişlənməsinə böyük əhəmiyyət
verdiyini qeyd etmiş, ölkələrimiz arasında
münasibətlərin inkişaf səviyyəsindən
məmnunluğunu bildirmişdir. Səfir Dövlət
İslam Universitetində Azərbaycan guşəsinin
açılmasını Azərbaycan-İndoneziya
əməkdaşlığının bütün
istiqamətlərdə uğurla inkişafının təzahürü
olduğunu vurğulamış, bu cür mərkəzlərin
ölkənin digər aparıcı təhsil ocaqlarında da
açılacağına ümidvar olduğunu bildirmişdir.
İ.Hacıyev seminarda
çıxış edərək, 20 Yanvar faciəsindən
danışmış, bu günün Azərbaycan tarixinin
qəhrəmanlıq səhifəsi olduğunu,
xalqımızın yenilməzliyini, azadlıq uğrunda
mübarizə əzmini bütün dünyaya nümayiş
etdirdiyini demişdir.
Səfir Azərbaycanın tarixi, müasir həyatı, inkişafı, dünyada artan nüfuzu, beynəlxalq və
regional layihələrdə aparıcı rolu barədə məlumat vermişdir.
Azərbaycanda aparılan demokratik islahatlardan danışan İ.Hacıyev, Prezident İlham Əliyevin ötən ilin oktyabrında keçirilmiş seçkilərdə xalqın böyük etimadını qazanaraq yenidən beş il müddətinə dövlət başçısı seçildiyini, bunun demokratiyanın yeni, daha yüksək mərhələyə təkamülünün göstəricisi olduğunu dinləyicilərin nəzərinə çatdırmışdır.
Tədbirdə Azərbaycanda din və etiqad azadlığının tam təmin olunduğu bildirilmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun ağır nəticələri, Azərbaycan rəhbərliyinin münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri barədə məlumat verilmişdir. Diplomat Avropanın və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyindən də bəhs etmişdir.
İ.Hacıyev universitetdəki Azərbaycan guşəsinin Qafqaz
regionu va Xəzər hövzəsi ölkələrinin
öyrənilməsinə yardım edəcəyinə
ümid etdiyini bildirmişdir.
H.Moelcavan Dövlət İslam
Universitetində Azərbaycan guşəsinin
açılmasının Azərbaycan-İndoneziya
əməkdaşlığı baxımından
əlamətdar hadisə olduğunu, guşənin iki
ölkə və xalq arasında əlaqələrin inkişafına,
Azərbaycanın İndoneziyada daha yaxından tanınmasına
yardım edəcəyini qeyd etmişdir.
Sonra səfir İ.Hacıyev sualları
cavablandırmışdır.
Seminar iştirakçıları
20 Yanvar hadisələri barədə məlumatlandırılmış,
faciəni əks etdirən fotoşəkillər
nümayiş etdirilmişdir.
Tədbir
iştirakçılarına Azərbaycan haqqında əyani
vasitələr paylanmışdır.
Azərbaycan xəritəsi, Heydər
Əliyev Fondunun hazırladığı "Qarabağ
həqiqətləri" bukletlər toplusu və
"Azərbaycana qarşı müharibə: mədəni
irsin hədəfə alınması" kitabı, səfirliyin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, Azərbaycanın tarixi, mədəniyyəti
və turizm imkanları barədə hazırladığı
kitablar və DVD, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi barədə digər materiallar
Azərbaycan guşəsinə hədiyyə edilmişdir.
İki sahil.- 2009.- 22 yanvar.- S.6.