Tağıyev C.

 

Daşların sehri

 

Yaxud gözəllik  duyğusu bu dünyanın cansız daşlarına da  həyat verir...

 

Bu dünyanın qara daşı göyərməz...

Musa Yaqub

 

Əsl gözəllik heyrətdən dogur - deyib ulularımız. Bu həqiqəti isbatlamaq üçün Füzuli babamızın daşdan keçən - “Heyrət ey büt, surətin gördükdə lal eylər məni...” misrasından daha tutarlı bir məntigə ehtiyac varmı? Əlbəttə, yox!  Əsl gözəllik  məhz heyrətdən dogur -  gözəl surət, gözəl təbiət, gözəl musiqi, gözəl kəlam ona görə  gözəldir ki, bizləri zaman-zaman heyrətlərə qərq edir, sehrləyir, ovsunlayır, özümüzü özümüzdənoğurlayır”. əlbəttə ki, düşündürür, ülviləşdirir, ruhumuzu pərvazlandırır. Uca Tanrının yer üzünə bəxş etdiyi gözəlliklərlə, insan övladının yaratdıgı gözəlliklərin vəhdəti isə tamam başqa bir aləmdir...

 

Bugünlərdə paytaxtın Əzizbəyov rayonunun Buzovna qəsəbəsində məhz belə bir aləmin müsafiri oldum. Dogrusu, magistral yolun lap kənarında qərar tutmuş yoldan ötənlərin diqqətini cəlb edən bu məkanın yanından dəfələrlə ötüb keşmişdim. İlk baxışdan öz qeyri-adiliyi bənzərsizliyi ilə diqqətçəkən bu guşədə ayaq saxlamaq, onun içərisinə giribsirlərindənagah olmaq istəmişdim. Amma macal tapmamışdım. Bu məkanın xeyli zamandan bəri yaddaşımdan asılıb qalmış adı isə məndə duyğusal, həzin poetik hisslər oyatmışdı: “Daş dünyası...dünya daşları...”

 

Yeri gəlmişkən:

Bəri başdan deyim ki, bu məkan zahirən, ki, müştərilərinə təklif etdiyi  mətahlara görə hər gün rastlaşdığımız adi ticarət şəbəkələrinə, marketlərə, alış-veriş mərkəzlərinə bənzəmir. Burda hər daş, hər süxur, hər qaya parçası birnəgmə deyirsanki... Bu nəgmələrin səsi, sədası, ahəngi isə  əzəmətli bir simfoniyanı xatırladır - “Daşların  simfoniyası.

 

Bu qeyri-adi məkanda ilk qarşılaşdığım şəxs Eyvaz bəy oldu. Əski sovetlər zamanında  ali təhsilli  mühasib kimi  çalışan Eyvaz Məcidov ömründə nəinki   rəssamlıqla, heykəltəraşlıqla, xəttatlıqla, oymaçılıqla məşğul olmayıb, heç  iki daşı yonaraq bir-birinin üstünə belə qoymayıb. Ana dilimizə tərcümədə gözəllik anlamına uyğun gələnKapariməhdud məsuliyyətli cəmiyyətin nəzdində yaradılmış bu müəssisə qurulanadək gənclik illərində sevib-seçdiyi halalca peşəsinin çörəyini yeyib.  Həmsöhbətimin özü deyir bütün bunları. Deyir ki, Hacı Əhədin rəhbərlik etdiyi bu müəssisə yaranandan o da taleyini gözəllik dünyası ilə bağlayıb. Sözlə deməklə bitmir, gərək hər kəs bu gözəlliyi öz gözləri ilə görsün, duysun, yaşasın.

Əslində bu satış mərkəzininDaş dünyası... dünya daşlarıadlandırılması da elə-belə, gəlişi gözəl, təsadüfi bir tapıntı deyil ha... Bu məkanda Allahın doğma  Azərbaycan təbiətinə bəxş etdiyi yüz cür daş var desək, bəlkə az olar.

 

Burada, binalarin interyerində eksteryerində, istirahət guşələrində, tikililərdə, dekorativ xarakterli arxitektura abidələrində işlədilən rəngarəng, al-əlvan, adlarını yalnız mütəxəssislərin bildiyi çeşidli daşlara rast gəlmək olar. Bu daşlar öz rəngi, çaları, keyfiyyəti ilə fərqləndiyi kimi, həm ölçülərinə görə  müxtəlifdir. Müştərilərə ən kiçik ölçülü (baş barmaqdakı dırnaq boyda) daşlardan tutmuş, böyük ölçülü (nəhəng sahil qayaları) daşların təklif olunduğu bu məkanda Türkiyədən gətirilmiş  daşlar da vardır. Əsasən mozaika bəzək işlərində istifadə olunan xırda, kiçik ölçülü, rəngli daş  parçaları müəssisənin xüsusi emalatxanasında emal olunaraq müxtəlif  formalı  (düzbucaqlı,üçbucaqlı, kvadrat, rombşəkilli sair) həndəsi fiqurlar şəklimdə doğranaraq qutulara yığılır. Nisbətən iri  formalı üzlük daşları isə alıcıların sifarişləri əsasında hazırlanır.

 

Eyvaz bəyin dediklərindən:

Sizin gördüyünüz bugünküDaş dünyası... dünya daşlarının əsası ötən əsrin sonlarında,-1996-ci ildə qoyulub. O zaman biz həm bütün respublikada yeganə olan plastik qapı pəncərələr istehsal edirdik. Sonradan fəaliyyət sahəmiz xeyli genişləndi, həm daş məhsulları istehsalında ixtisaslaşdıq. Hazırda məhsullarımıza olan tələbat yalnız  fərdi sifarşlə məhdudlaşmır. Bir çox dövlət obyektlərinin tikintisində , ictimai binaların interyer eksteryerlərinin işlənməsində bizim məhsullarımızdan istifadə olunur. Məsələn, Nazirlər Kabinetinin qarşısındakı xiyabanın, Prezident Aparatının ətrafının, Milli Parkın müxtəlif guşələrinin, Hökumət Evinin, habelə paytaxt Bakının bir sıra  küçə meydançalarının, park xiyabanlarının bədii tərtibatında, mozaik pannoların qurulmasında, dekorativ arxitekktura obyektlərinin inşasında da müəssisəmizin istehsal etdiyi məhsullardan istifadə olunub. Onu da deyim ki, müəssisəmizdə təbii dekorativ bəzək daşları, binaların fasadında istifadə olunan üzlük tavalar, mozaik materiallar, klassik yunan Şərq üslubunda olan yonulma daş sütun arkalarla yanaşı, həm kiçik park xiyabanlarda, fərdi  malikanələrin həyətlərində, qazonlarda quraşdırılan mini fəvvarələr üçün avadanlıqlar da satılır. Bütün bu məhsullar əsasən müştərilərin  fərdi sifarişi, eləcə zövqünə istəyinə görə hazırlanır.

 

Onu da deyim ki, müəssisəmizdə gözəl  zövqə malik, yüksək peşə səviyyəsi xüsusi inşaat dizaynı bacarığına malik mütəxəssislərimiz var. Onlar istənilən vaxt, istənilən müştərinin zövqünə uyğun inşaat işlərinin sifarişini qəbul edirlər. Bizim məhsulların qiymətləri eyni sifarişi yerinə yetirən digər firmalara nisbətən münasibdir.

 

Kim  doyar  bu gözəllikdən?...

 

Daş dünyası...dünya daşları  satış mərkəzinin magistral yol kənarındakı ofisin qarşısı  sözün həqiqi mənasındamələklər dincələn yerdir”. Görən, kim doyar bu gözəllikdən? Qədim dünyanın dərs kitablarındakı füsunkar mənzərələrini, antik yunan bağçalarının  yaddaşımızdakı əfsanəvi panoramını, hələ insan əli dəyməmiş bakirə təbiətin bir parçasını xatırladır bu məkan. Müxtəlif rəngli, müxtəlif çalarlı biçimli təbii daşların harmoniyasından yaranmış bu yerdə yadıma şair Musa Yaqubun bir az kədərli, bi az nisgilli, bir az da ümidsiz misraları düşür: - Bu dünyanın qara daşı göyərməz... Amma yox... dünya başdan ayağa bir sirr imiş, qardaş. Sən demə  həyat eşqi, sənət yanğısı, ilahi gözəllik sevgi bu dünyanın qara daşlarını da göyərdərmiş...

 

Mədəniyyət.- 2009.- 24 yanvar.- S. 8.