Zülaloğlu A.

 

Zər qədrini zərgər bilər

 

XIX-XX əsrlərdə Lənkəranda zərgərlik özünün yüksək inkişaf dövrünü yaşamışdır. O vaxtlar tanınmış sənətkarlardan minaçı zərgər Məşədi Əli Axundov, zərgər-ustalar Məmmədağa Bakılı Hacıbala Kərimov şəbəkə sənətinin ən gözəl mahir bilicilərindən olmuşlar.

Qeyd edək ki, onlar həm özlərindən sonra incəsənətin bu ən incə növünün yaşadılması üçün davamçılar da yetirmişlər. Təkcə usta Hacıbala Kərimov Lənkəranda onlarca sənətkar yetişdirib. Belələrindən usta Əlimuxtar Ələsgər Zeynalov qardaşları, Məhərrəm Abbasov, Şükür Əhmədov, zərgər Məmmədağa Məmmədov başqaları son  dövrün tanınmış sənətkarlarıdır.

 

Cənub bölgəsində zərgərlik sənəti ilə tanınmış Əlimuxtar Zeynalov 1924-cü ildə Lənkəran şəhərində dövrünun ziyalılarından olan Məşədi Qasımın ailəsində dünyaya göz açmışdır. Atası sovet hakimiyyəti dövründə repressiyaya məruz qalmış, əmlakı müsadirə olunmuşdur. Keçirdiyi bütün çətinlik sıxıntılara baxmayaraq Qasım kişi övladlarına savad sənət öyrətmək arzusunda olmuşdur. Atasını erkən itirən Əlimuxtar Lənkəranda səkkizillik təhsilini başa vurandan sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olur təəssüf ki, müharibənin başlanması maddi çətinliyə görə diplomunu almadan Lənkərana qayıtmaq məcburiyyətində qalır. Onu da deyim ki, həmin məktəbdə müasir Azərbaycan incəsənətinin ən görkəmli nümayəndələri Mikayıl Abdullayev, Kazım Kazımzadə Tahir Salahovla birgə oxuyan Əlimuxtar ömrünün sonunadək bu nadir şəxsiyyətlərlə dostluq edib.

 

İmkansızlıq üzündən təhsilini davam etdirə bilməyən Əlimuxtar 1941-1946- illərdə mədəniyyət naziri olmuş mərhum yazıçı Sabit Rəhmanın göstərişi ilə Lənkəran Xalq Teatrına  rəssam təyin olunub. Sonra məşhur zərgərlər - Hacıbala Kərimov   Məmməd Bağırın təklifi ilə onun kiçik qardaşı Ələsgər   zərgər emalatxanasına şagird qəbul olunur. Hər iki qardaş ömrünün sonunadək xalqımızın ən qədim sənət nümunəsi olan zərgərlik peşəsini davam etdirib, şəbəkə sənətini daha da inkişaf etdiriblər.

 

Onların yaratdıqları bəzək əşyaları -  gül bilərzik, cinayi qolbağ, üç, dörd beşdüymə sırğalar, həsri qolbağlar, baş cıqqaları, quranqabı sairlər bölgə  qız-gəlinlərinin sevimli zinət əşyalarına çevrilib.

Zeynalov qardaşlarının şagirdləri olmuş Rafiq Abdullayev, Fərman Əhmədov, Nəsrulla Abbasov, İsfəndiyar Rzayev o vaxtlar yaxşı sənətkarlar kimi tanınıblar. Hazırda bu ulu sənəti usta Asət Abdullayev davam etdirir. Bu gün Lənkəran zərgərləri arasında yaxşı tanınan usta Məmmədağa Məmmədov da onların sənət yoldaşı olub.

 

Əlimuxtar ustanın oğlu Qasım həkim atasının bu sənəti yaşatması üçün sinə gərdiyi çətinliklərlə bağlı xatirələrini bizimlə bölüşdü: "Atamın sənəti barədə xatirələrini öz dilindən çox eşitmişəm. O, deyirdi ki, zərgərliyi öyrənməyi rəssamlığa, bəzəkli naxış ornamentlərinə marağından irəli gəlib. Bəzək əşyaları, naxışlar  hər  yerdə diqqətini cəlb edib. Mən naxışlar olan şəkilləri harda görsəydim,  kəsib götürərdim. Naxışları özüm kağız üzərində çəkməyi xoşlayardım. Gözlədiyim alınmayanda ruhdan düşmür, inadımdan dönmürdüm. Beləcə, o, könüldən bağlandığı bu sənəti inkişaf etdirdi sevdiyi sənətlə məşhurlaşdı, yaddaşlara köçdü".

Onu da qeyd edək ki, sənətkarın əl işləri Azərbaycanın tanınmış sənət ustaları Lətif Kərimov Güllü xanımın təklifi ilə Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti, Dövlət İncəsənət   Lənkəran  Dövlət Tarix-Diyarşünaslıq muzeylərinə təhvil verilib. Bundan başqa usta sənətkarların əl işləri Özbəkistan Respublikasının  Daşkənd Tətbiqi Sənət Muzeyində, Almaniya, Polşa, İspaniya İtaliyanın xalq sənəti muzeylərinin sərgi-ekspozisiyalarında nümayiş etdirilib. Onların bir qismi indi xarici ölkələrdə, ayrı-ayrı şəxsi kolleksiyalarda  qalmaqdadır.

 

Ə.Zeynalov Azərbaycanın görkəmli sənətkarları Lətif Kərimov həm muzeylərimiz, həm öz ailə üzvləri üçün Əlimuxtara bir sıra bəzək əşyaları hazırlatdırırdılar: Ə.Zeynalovun L.Kərimovla görüşlərini əks etdirən bir parça saralmış kağız parçası da onların yaxşı dost olduqlarından xəbər verir. Əlimuxtarın babası Hacı Mirzə qardaşı Ağadadaş dövrünün tanınmış xeyriyyəçilərindən olmuş, Lənkəranda ilk dəfə işıq kanalizasiya xətləri çəkmişlər.

Xalq sənətinin unudulmaz sənətkarlarından olmuş Əlimuxtar Zeynalov 1994-cü ildə - 70 yaşında Lənkəranda vəfat edib.

 

Mədəniyyət.- 2009.- 24 yanvar.- S. 7.