Verdiyev A.
Karikatura
həyatın görünməyən tərəfidir
Biz həyatın bütün
tərəflərini görə bilirikmi? Aııcaq
inanıram ki, həyatın bütün tərəflərini
olmasa da, gorünməyən tərəflərini görə
bilən sənət adamları var. Müdriklər, filosoflar,
şairlər həyatın ən müxləlif
tərəflərini görə bilirlər. Zənnimcə, həyatın
görünməyən tərəfıni ən dəqiq
görən və bunu gördükləri və görə
bildikləri qədər, eyni zamanda cəmiyyətin
görə biləcəyi qədər verən, göstərən
sənət adamları var ki, bunlar elə karikaturaçı
rəssamlardır.
Bu gün Azərbaycan karikatura sənətində
bir ad tez-tcz
eşidilir. Bu ad mətbuatda da çox görünür. Onu Bayram
Hacızadə kimi tanıyırıq. Ancaq çoxlarımız
bilmirik ki, Bayram Hacızadə Azərbaycanda fılologiya
elmlərinin ən müxtəlif sahələrində
kifayət qədər
öz sözü, dəst-xətti olan alimlər ailəsinə mənsubdur.
Bayram Kamal oğlu Hacızadə karikaturaçı
rəssamdır. Bizim cəmiyyətimizdə onu kifayət qədər tanıyırlar.
Ancaq, bəlkə də, onun təkcə karikaturaçı rəssam
olduğunu yox, həm də sənətşünas olduğunu,
karikatura tariximizin araşdırıcısı olduğunu
kütləvi oxucu o qədər də yaxşı bilmir. Məlumat üçün qısaca
olaraq kütləvi oxucuya çatdırmaq yerinə düşər.
Bayram Hacızadənin bu yaxınlarda 40 yaşı
tamam olub. Bu müddət
ərzində o, Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini
(1987), sonra Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin qrafıka
şöbəsini (3994) bitirib.
O, 25 ilə yaxındır
ki, dövri mətbuatda, xüsusilə,
"Kirpi" jurnalında
karikaturaçı rəssam
kimi fəaliyyət göstərir.
Bayram Hacızadənin sənət
fəaliyyəti yalnız
onun karikaturaçı
rəssamlıq fəaliyyəti
ilə bitmir. O, daim ardıcıl elmi-tədqiqat
işi aparıb,
"Azərbaycanda karikaturanın
inkişafı" mövzusunu
tədqiq edib, öyrənib. Bütün bunlar göstərir
ki, Bayram Hacızadənin həm elmi, həm də sənət fəaliyyəti bir-birini tamamlayıb. Bayram Hacızadə
eyni zamanda artıq kifayət qədər cəmiyyətimizdə
tanınan ictimai xadimdir. Azərbaycan Karikaturası Cəmiyyətinin
aparıcı simalarından
biridir. Bu sahədəki fəaliyyəti
ilə də diqqəti cəlb edib, bir sıra
təltiflərin müəllifidir.
Azərbaycan Jurnalistlər
Birliyinin, Azərbaycan
Rəssamlar İttifaqının
üzvü kimi mənəvi arenada həmişə görünür,
sənəti ilə özünün prinsipial mövqeyini diktə edir. Müasir qrafika sənətimizin
ən mühüm sahələrindən
biri də karikaturadır. Cəmiyyəti islah etmək, cəmiyyəti özünün
nöqsanlarına gülə-gülə
səhvlərindən, yalanlarından,
riyakarlığından ayırmaq
onu ucaltmaq, təmizləmək missiyası
sanki daha çox sənətin bu sahəsinin üzərinə düşür.
Bayram Hacızadənin yaradıcılığını
ardıcıl izlədikcə
onun cəmiyyətin mənəvi inkişafi üçün nə qədər məsuliyyətlə
çalışdığının şahidi oluruq.
Əlbəttə, ədəbiyyatın, incəsənətin
ən müxtəlif sahələri və janrları cəmiyyəti
mənən tənıizləmək
missiyası daşıyır. Ancaq karikatura
sahəsi daha mübarizdir və daha açıq, sərt döyüş tərəfdarıdır. Bəlkə də, elə bu səbəbdən bir çox hallarda sənətin bu sahəsində çalışan sənətkarlar
imzalarını gizlətməyə
çalışıblar. Çünki özünü - eybəcər simasını
karikaturada görüb
dərk eləyən prototip çox vaxt məhz öz eybəcərliyi ilə barışmır.
Təsadüfi deyil ki, Bayram Hacızadə özü karikatura sahəsində ciddiyyətlə
çalışmaqdan başqa
elmi-tədqiqat işi
də aparıb.
Bir sözlə, o, bu sənətin, həm də nəzəri əsaslarını öyrənmək,
elmi ictimaiyyətə
çatdırmaq məqsədi
ilə ziyalılıq
borcunu verməyə çalışıb.
Azərbaycanda karikatura sənətinin tarixi ənənələri
var. Xüsusilə, Molla
Nəsrəddinin - dünya
karikatura tarixində özünəməxsus yeri
olan bu nadir sənət incisinin yaratdığı ənənələr
bu gün də yaşayır. Bu ayrı-ayrı mübariz sənətkarların sənətində,
onların düşüncə
tərzində, həyatı
görmə, həyatın
görünməyən tərəflərini
cəmiyyət üçün
açıqlama vüsətində
yaşayan ənənələr
əslində, insanın
cövhərində sənət
gücü olan sənətkarın mənəvi
gücünün təsdiqidir.
Bayram Hacızadənin əsərlərində
həm Molla Nəsrəddin ənənələri,
həm də XX əsr karikatura yaradıcılığının xüsusiyyətləri ehtiva
olunub. O, insanı
azad görmək
istədiyi üçün,
insanın mənəvi
dünyasını məhdudlaşdıran
amilləri də öz karikaturaları ilə bütün kəskinliyi və çılpaqlığı ilə
qamçılayıb.
Əlbəttə, tarixən məlumdur ki, hətta yoldaşlıq şarjlarına görə
(bu ifadə sovet dövründə daha çox işlənirdi) karikatura qrafikası ustasının
- müəllifın başı
sığallanmırdı. Bu mənada, karikaturaçı
rəssamın necə
böyük fədakar
olduğunu, cəmiyyət
üçün nccə
gərəkli bir sənətçi olduğunu
təsəvvür etmək
o qədər də çətin deyil. Bayram Hacızadə fədakar bir yol seçib.
Comiyyətin kəm-kəsirlərinə qarşı, açıq
desək, eybəcərliyinə
qarşı mübarizə
yolu. Doğrusu, bu qeydlərdə
Bayranı Hacızadənin boyük əks-səda doğuran sənət əsərlərinə
dərin məzmun daşıyan karikaturalarına
istinadən fikir demək məqsədində
deyilik. Ancaq onun
"Azərbaycanda karikaturanın
inkişafı" mövzusunda
yazdığı elmi
işə qədər
keçdiyi elmi püxtələşmə yolunu
diqqətə çardırmaq istəyirik.
Müəllif daha dəqiq
desək, həm tədqiqatçı, həm də
karikaturaçı rəssam bir çox dəyərli
tədqiqat işləri yazıb. "Molla
Nəsrəddin" satirik jurnalı və Əzim
Əzimzadə yaradıcılığında
mövhumatın inkişafı" elmi məqaləsi
vaxtilə AMEA-nın "Elm" qəzetində (30 iyun, 2006)
dərc olunub. AMEA-nın Folklor İnstitutunun toplusunda elə
həmin il Bayram Hacızadənin "Azərbaycan satirik
qrafikasında dostluq şarjı (1950-1985)" məqaləsi
də diqqəti cəlb etmişdi. Sonra daha bir çox
tədqiqat əsərlərinin adını
çəkmək olar. Əslində, Bayram Hacızadə
öz elmi tədqiqatlarını daha dərin əsaslar
üzərində qurmuşdu. "Azərbaycan
karikaturaçı rəssamları" monoqrafiyası hələ
2005-ci ildə işıq üzü görmüşdü.
"100 illik karikatura tariximiz" monoqrafiya isə sözün
həqiqi mənasında, sənət hadisəsi oldu. "XX
əsrin 70-ci illərində Azərbaycan satirik
qrafikası" məqaləsi isə yenə də onun
müvafiq mövzu üzrə ardıcıl tədqiqatlarını
təsdiq edirdi. "Azərbaycan karikaturası dünən
və bu gun" monoqrafıyası da çox dəyərli
tədqiqat kimi, o cümlədən "Müasir Azərbaycan
karikaturası" əsəri də müəllifin bu
sahədə yorulmadan apardığı elmi tədqiqatın
dəyərini göstərir.
"90-cı illərdə
Azərbaycan karikaturasının inkişafı"
məqaləsi sübut edir ki, karikatura sənəti
Azərbaycanda öz missiyasını şərəflə
yerinə yetirir. "Azərbaycanda karikaturanın
inkişafı" monoqrafiyası isə sözün
həqiqi mənasında Bayram Hacızadənin böyük
uğurudur.
Bəlkə də, biz ilk
dəfə, eyni zamanda, hələ bundan sonra neçə
illər ərzində bu əsərləri nadir
mənbələr hesab edəcəyik. Bir sözlə,
Azərbaycan elmi fikrində kifayət qədər
görünən, öz sözlərini demiş alimlərin,
alimlər ailəsinin övladı olaraq Bayram
Hacızadənin əsl ziyalı simasını onun
əsərləri ilə - həm elmi, həm də karikatura
qrafikası sahəsindəki əsərlərilə daha
dəqiq dərk etmək olar.
Bu günlərdə
ədəbi-elmi ictimaiyyətimiz, sənət adamları -
əlbəttə, Bayram Hacızadə mənəvi mühitinə
yaxın olan ziyalılar xoş xəbər alıb. Bayram Kamal
oğlu Hacızadə "Azərbaycanda karikaturanın
inkişafı" mövzusundakı elmi işinə
görə sənətşünaslıq namizədi alimlik
dərəcəsinə layiq görülüb. Xəbər
hamımızı sevindirir. Bu, Ali Attestasiya Komissiyasının
fədakar bir ziyalının, sözün həqiqi
mənasında tədqiqatçının, çox
dəyərli bir sənətçinin işinə verdiyi
qiymətdir.
Bayram
Hacızadəni
diqqətəlayiq
uğuruna görə təbrik edirəm.
P.S. Bu mənəvi
qələbə üçün Bayram Hacızadəni -
dəyərli ziyalımızı, tanınmış sənətçimizi,
karikatura sahəsindəki elmi istiqamətin fədakar
tədqiqatçısını "Kredo" qəzetinin
baş redaktoru Əli Rza Xələfli və redaksiya heyəti
də təbrik edir, ona cansağlığı, uğurlar
arzulayır.
Kredo.- 2009.- 17 yanvar.- S. 16.