Günay
Dünyanı obyektivə alan
hacı
Foto ustası Hacı Akif Ağavevin xatirəsinə
həsr olunmuş sərgi keçirildi
Fotoqraf hər şeyi
çəkə bilər. Əgər onun çəkdiyi
nə olur, hansı mövzuya müraciət edir etsin,
yaxşı alınırsa, zamanın sınağından
çıxa biləcək bir əsərə
çevrilirsə, bu foto kameranın deyil, fotoqrafın
nailiyyətidir. Axı əsl foto ustasından yüksək
peşəkarlıq, düşünülmüş iş,
ilham və səbr tələb edilir. Bütün bu
məziyyətləri dünyasını dəyişmiş
görkəmli fotojurnalist Akif Ağayevə şamil etmək
olar.
Ötən gün Azərbaycan Fotoqraflar
Birliyinin təşəbbüsü ilə Fransa
Mədəniyyət Mərkəzində onun xatirəsinə
həsr olunmuş sərgi reallaşdı. Keçirilən
sərgidə uzun illər sənətkarla birgə
çalışmış Qafqaz Müsəlmanları İdarəsinin
sədri, bütün Qafqaz Müsəlmanlarının
şeyxülislamı Allahşükür Paşazadə,
sənət dostları və ailə üzvləri iştirak
edirdilər. Sənətkarın xüsusi bir orjinalıqla
çəkdiyi fotolar arasında Azərbaycanın tarixi
İçərişəhərin ümümi
mənzərəsi, yerli və dünyada tanınmış
şəxsiyyətləri qeyri-adi bir
görünüşdə foto vasitəsiylə
təqdimatı tədbir iştirakçılarının
marağına səbəb oldu: "Balıqçı",
"Dalan", Nənə, Şeyxülislam, Maestro Niyazi",
Mistislav Rostrapoviç, Anar "Qaya", "Qədim küçə",
"Qahirədə"," Yolda", Rafiq Babayev,
"Yolda","Dostlar", Əhməd, "Bulaq",
"Ovçu" ,"İstirahət","Qaynaqçı",
"Bağban" və başqa bir sıra fotolar da
sərgidə yer almışdı.
A.Ağayevin yaxşı
sənətkar olmaqla yanaşı, həm də yaxşı
bir dost olduğunu deyən Allahşükür Paşazadə
bildirdi ki, o, ən çətin məqamlarda həmişə
onunla birgə olub:" Çeçenistana, İrana, İraqa,
Afrikaya və başqa bir sıra təhlükəli zonalara
gedən zaman həmişə Akif yanımda olub. O, qorxmaz
və igid bir adam idi. Dost yolunda həyatını qurban
verməyə hazır idi. Onun bir müsbət cəhəti
də o idi ki, elmə çox böyük diqqət yetirirdi.
Dünyada baş verən hadisələri diqqətlə
izləyərdi və tez bir zamanda nəticə çıxararaq
fikrini bildirərdi. Bu bacarığına və istedadına
görə də bir işi icad edərkən onunla
məsləhətləşərdim".
Qafqaz Müsəlmanları
İdarəsinin fəaliyyətinin Azərbaycanda,
ümumilikdə Qafqazda və bir sıra xarici
ölkələrdə tanıdılmasında A.Ağayevin
əvəzsiz xidmətləri olduğunu söyləyən
Şeyxülislam qeyd etdi ki, bu tanıtımda onun fotoları
ilə yanaşı beyninin zəkasının məhsulu olan
və qələmdən çıxan yazılarının da
böyük rolu olub.
A. Ağayevin foto kamerasının
həmişə işdə olduğunu deyən əməkdar
jumalist Faiq Zəkiyev söylədi ki, onun fotoları qəzet
və jurnallarda foto jurnalist kimi rəsmi şəkildə
işləmədiyi illərdə belə dərc olunurdu:"
Mədəniyyət, tarix, mənzərə, sənaye
motivləri - ölkəmizin sosial- etnoqrafik simasını
təşkil edən hər bir sahə A.Ağayevin
obyektinə düşmüşdü. Əlindən lentli kameranı
buraxmayan istər rəsmi jurnalist kimi işləyəndə,
istərsə də heç bir idarəni təmsil
etməyəndə belə respublikanın bütün
rayonlarını gəzərdi. Onun bu məkanlarda çəkdiyi
fotoların hər biri tamaşaçıda yaddaqalan
təəssüratlar oyadır. Elə bunun nəticəsidir
ki, Ağayevin süjetli kadrlarına baxdıqca baxmaq
istəyirsən".
Qeyd edək ki, respublika və
beynəlxalq miqyaslı foto-müsabiqə və
sərgilərin iştirakçısı olan Akif Ağayev 3
may 1946-cı ildə Bakı şəhərində anadan olub.
1963-cü ildə orta məktəbi bitirdikdən sonra Mirzə
Fətəli Axundov Adına Azərbaycan Pedoqoji Dillər
İnstitutunun filologiya fakültəsinə daxil olumuşdur.
Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində
ştatdankənar fotomüxbir kimi çalışıb.
İnstitutu bitirdikdən sonra,
1968-ci ildə o "Bakı" qəzetini
"Mədəniyyət və İncəsənət"
şöbəsinin müdiri vəzifəsinə qəbul
olunub. Bu qəzetin ən populyar rubrikalarından biri olan
"Axtarışlar və tapıntılar" silsiləsinin
yaradılması ideyası məhz ona məxsus idi. Həmin
illərdə A.Ağayev Bakı şəhərinin,
Azərbaycanın tarixi, memarlıq abidələri haqqında,
tanınmış mədəniyyət xadimləri,
təzə-təzə yazmağa başlayan, hazırda isə
bütün dünyada tanınan istedadlı
yazıçılar, müğənnilər haqqında
məqalələrinə görə Azərbaycan Jurnalistlər
Birliyi Akif Ağayevi "Qızıl qələm"
mükafatı ilə təltif edir. 1976-cı ildə o APN
(Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin
rəhbəri vəzifəsinə təyin edilib. 1988-ci
ildən Qafqaz Müsəlmanları İdarəsinin informasiya
şöbəsinə rəhbərlik edib.
Bir neçə kitabın
tərtibaçısı və müəllifi olan
A.Ağayevin işlərindən biri Yunanıstanın Saloniki
şəhərində keçirilən beynəlxalq foto
sərgisinin devizi seçilib.
Moskvanın və butun Rusiyanın
patriarxı II Aleksi onu xüsusi ordenlə təltif edib.
2003-cü ildə Azərbaycan
Fotoqraflar Birliyininin ənənəvi mükafatı olan “İlin
ən yaxşı foto ustası” adına layiq
görülüb.
Paritet.- 2009.- 10-12 yanvar.- S. 11.