Sadıqova M.

 

O, əsl sənətkar idi...

 

Dövrün sənədli xronikasını yaradırdı

 

O, fotoqraf idi. Tarix yaradırdı. Həyatın təkrarsız anlarını lentin yaddaşına əmanət edirdi. Olduğu yerdə, iştirak etdiyi tədbirdə heç bir maraqlı məqam Oqtayın obyektivindən yayına bilməzdi. Çəkdiyi şəkillər özü kimi işıqlıydı. Qəlbinin aynasından, şüurunun süzgəcindən keçirdiyi görüntülərin gizli sirlərini elə oxuyurdu ki, çəkdiyi şəkildə insanın ya hadisənin ən xarakterik cizgiləri qabarırdı.

...Oqtayla ilk dəfə 90- illərin əvvəllərində Milli Məclisdə tanış olmuşduq. Yaraşıqlı şux oğlan idi. Üzündən nur tökülürdü. Elə mehriban, istiqanlıydı ki... Dərhal özünə qarşı rəğbət yaradırdı. Sonralar uzun illər yaxşı həmkar olduq. Ölkənin informasiya məkanında çalışan jurnalistlər kimi rəsmi qəbullarda, Milli Məclisin plenar iclaslarında, dövlət tədbirlərində tez-tez rastlaşırdıq. Qələmə aldıqlarımızın görüntüdə təsdiqi Oqtayın fotolarında əksini tapırdı.

Qeyrətli, təəssübkeş vətəndaşıydı. Siyasətə qoşulmasa da, 1988–1993-cü illərdə baş verən keşməkeşli hadisələrə öz münasibəti vardı. Qurban gedən hər şəhid üçün, işğal altına düşən hər qarış torpağımız üçün yanırdı. Yadımdadır, Gəncə hadisələri vaxtı, 1993-cü ilin 13 iyununda ümummilli liderimiz Heydər Əliyevin Milli Məclisdəki çağırışına qoşulub Gəncəyə getməyimiz. Könüllü jurnalistlərdən ibarət dəstəmiz yolda təhlükəli hadisələrlə rastlaşdı. Nəvaidən keçəndə qarşıdurmanın şahidi olduq. Avtobusu dayandırdıq. Mərhum həmkarımız Elmira Əmrahqızı ilə mən bir-birinə silah tuşlamış qan qardaşlarımızı sakitliyə dəvət etmək istəyirdik. “Bacı, yaxınlaşmayın, atəş açacamdeyə, bizi hədələyən cavan əsgərlərə Oqtayın necə təpindiyini heç unutmaram. Sonralar jurnalist macəralarımız yada düşəndə hərdən bunu da deyib-gülürdük. O tarixi günlərdə yaşananlar AzərTAc-ın (o vaxtkıAzərinformun) fotoxronikasına Oqtay Məmmədovun xidməti sayəsində daxil oldu.

Bilirdim ki, iki övladı varAydın Aytən. Oğluna atasının adını qoymuşdu. Deyirdi ki, nəslimizin davamçısı olacaq, qoy babasının adını yaşatsın”. Uşaqlar böyüyəndən sonra Aydın da fotosalnaməçiliyin sehrinə düşdü. “, mənim yolumu seçib, yanımda işləyirdeyə fərəhlənirdi. yazıq ki, oğul-qız toyunu görə bilmədi. İlk tanışlığımızdan ötən illər ərzində şəvə saçlarına dən düşsə , gülər üzünü, enerjili davranışını, cəldliyini itirməmişdi həmkarım. Çöhrəsi bir az da nurlanmışdı. Altı bacının yeganə qardaşı olduğundan ailədə o qədər sevilmişdi ki, doğmalarından aldığı müsbət aura onun varlığına çökmüşdü sanki. Hansı tədbirdə qarşılaşsaq baxırdın ki, Oqtay elə həmin Oqtaydır. Toylarda xüsusilə şən olurdu.

Sənətinə vurğun fotomüxbir idi Oqtay Aydınoğlu. Adi, sıravi deyil, sözün böyük mənasında, jurnalist idi o. Hadisə yerində qığılcım kimi işləyirdi. Dövlət başçısını həm ölkə daxilində, həm xarici səfərlərdə müşayiət edirdi. Gəzmədiyi-görmədiyi yer qalmamışdı. Hər yerdə dostları, tanışları, xətrini istəyənlər vardı. Amma çox sadəydi, qətiyyən lovğalanmazdı, əlaqələrindən sui-istifadə etməzdi, vəzifəsi ilə öyünməzdi. Baxmayaraq ki, Azərbaycan Dövlət Teleqraf Agentliyinin fotoinformasiya baş redaksiyasının baş redaktoruydu.

Hüzr mərasimində evlərindəki kamodun üstündə profildən çəkilmiş bir şəkil vardı, Oqtay pilləkənlərdə oturmuşdu, fotoaparatı da yerdəydi. Bacısı Şərqiyə şəkli mənə göstərib kövrəldi: “Bax gör yazıb şəklin arxasında: ”Yamanca yorulmuşam!.." - Qardaşım yorulubmuş, amma heç işdən canını əsirgəmədi."

Oqtayın son nəfəsində doğmalarının yanında olmaması çox yandırırdı əzizlərini. “Görəsən, son anda yanında olsaq, deyərdi? Görəsən, o an ürəyində düşünürdü?” – sualları xanımı Gülnarəni, bacılarını heç rahat buraxmırdı.

58 yaşını tamamlamağa macal tapmadı Oqtay Aydınoğlu. Tanıyanların qəlbində xoş xatirəyə çevrildi. Amma özü dünyadan erkən köçsə , sənətinin sübutları yadigar qaldı nəsillərə. Azərbaycanın müstəqillik dövrü tarixini əks etdirən yüzlərlə, minlərlə fotoşəkil yaşadacaq onu. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçilik fəaliyyətlərinin çox önəmli məqamlarını həkk edib lentin yaddaşına. Heydər Əliyev Fondunu bəzəyən eksponatlarda, müasir dövlətçilik tariximizdən bəhs edən kitablarda dəsti-xətti var Oqtay Aydınoğlunun.

Həvəslə çəkib, hamımıza səxavətlə payladığı fotoşəkillərimizdən boylanacaq Oqtayın ruhu. İnanmıram, müasirlərim arasında elə jurnalist, elə məmur, elə deputat tapıla ki, albomunda Oqtayın çəkdiyi şəkil olmaya!..

 

Xalq qəzeti.- 2009.- 27 yanvar.- S. 7.