Telmanqızı S.
“Çəkdiyim ən
gözəl foto Elçibəyin şəkli
olub”
Tanınmış fotoreportyor Elxan
Kərimovun 60 yaşı
tamam oldu
Azərbaycanın məşhur fotoreportyoru,
“Turan” İnformasiya Agentliyinin əməkdaşı
Elxan Kərimovun 60 yaşı tamam olub. Həyatının böyük hissəsini
mətbuatla bağlı
keçirən Elxan bəylə yubiley söhbətini əlinə
fotoaparat aldığı
gündən başladıq.
Yubilyar bildirdi ki, ilk dəfə 8-10 yaşında fotoaparatla
Müsahibimiz hesab edir ki,
fəaliyyəti boyunca
çəkdiyi ən
gözəl şəkil
mərhum prezident Əbülfəz Elçibəyinki
olub. Onun sözlərinə görə, Azərbaycan dövləti durduqca bu şəkil də öz əhəmiyyətini saxlayacaq.
Yubilyar həmin fotonu təsadüfən çəkdiyini
də vurğuladı.
“Ən yaxşı şəkil təsadüfən
alınır” deyən
E.Kərimov fotoqraf üçün yaş məhdudiyyəti olub-olmaması
məsələsinə də
toxundu: “Bəzi məqamlarda çəkilən
şəkillər üçün
çeviklik tələb
olunur. 60 yaşında
belə şeyləri
etmək olmur. Mitinqlərdə qovurlar, qaçırsan,
o məqamı çəkməlisən.
Cavan uşaqlar daha yaxşı işləyir.
Amma mən özümü hələ 60 yaşında
yox, maksimum 45 yaşında hiss edirəm.
Bütün hallarda bilirəm
ki, yerimi cavanlara verməliyəm”.
Müsahibim fəaliyyəti
boyunca təhlükəli
anları da az yaşamayıb.
E.Kərimov üçün belə hadisələrin sayı-hesabı yoxdur.
Onlardan biri 2 iyun 2002-ci il
tarixində baş verib: “Orda aləm
bir-birinə qatışmışdı.
Təkcə mən çəkirdim.
Polislərlə üzbəüz gələndə bəziləri
tanımır, zor tətbiq edirdi. Nazim Nağıyev Səbayel rayonunun polis rəisi olan vaxt keçirilən
aksiyalardan birində onun şəklini çəkdiyim üçün
mənə yumruq vurmuşdu. Mən bilən, cəzasını
da aldı”.
Yubilyar şəklini çəkdiyinə görə peşmanlıq çəkdiyi adamların olduğunu desə də konkret ad çəkmədi. Müsahibimiz onun fotoobyektivinə düşməkdən imtina edənlərin də olduğunu vurğuladı: “Son olaraq ayın 7-də ”Göy məscid"ə getmişdim, sinə vuranlar vardı. İstəmədilər şəkillərini çəkim, mən də anlayışla qarşıladım".
Maraqlıdır
ki, E.Kərimovun oğlu Turxan da atasının sənətini davam etdirir. Gənc istedad Turxana şəkil çəkməyi
atası öyrətməyib: “Gözünü
açıb fotoaparat
görüb evdə. Özü aparatı götürüb şəkil
çəkib. Təcili
şəkil çəkmək
lazım olanda redaksiyadan onu göndəriblər. Onun yaxşı jurnalist olmasını arzulayıram”.
Yeni müsavat.- 2009.- 15 yanvar.- S. 4.