Azərbaycan filmlərində
xarakterik qadın obrazları
Dövlət sifarişi ilə "Qocalar" qısametrajlı filmi istehsala buraxılıb
Müasir dövrümüzdə müxtəlif məzmunda olan filmlərin istehsalına başlanılmış, bir çoxlarının isə artıq tamamlanma işləri görülür. Dövlət sifarişi, eləcə də, bir çox şirkətlərin təşəbbüsü ilə ərsəyə gələn filmlərə Azərbaycanın tanınmış aktyor və yaradıcı heyəti dəvət olunur.
Azərbaycanda bir sıra teatr və tamaşalarda özünəməxsus obrazlar yaradan respublikanın xalq artisti Elmira Şabanova hazırda dövlət sifarişi ilə istehsalata buraxılan "Qocalar" qısametrajlı filmində qoca qadın obrazını yaradır. Ona həvalə olunan bu obraz yaşlı insanların həyat tərzini əks etdirən, onların psixoloji vəziyyətini olduqca gərginləşdiyini göstərən və son məqamda qəbul etdiyi qərarları tamaşaçıya çatdıran bir roldur. Elmira Şabanovanın sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmin ssenari müəllifi Nərgiz Bağırzadədir. Bir ailədən ər və arvad arasındakı münasibətdən bəhs edən filmdə kişi obrazını respublikanın xalq artisti Rafiq Əzimov yaradır. Bir saatlıq filmdə aktrisa üzərinə düşən obrazın xarakterik cizgilərini çatdırmağa çalışır":Ailə, məişət problemlərini əks etdirən filmdə qoca qadının düşdüyü vəziyyət onu qocalar evinə sövq edir. Bu film daha çox aktyor filmidir. Belə ki, filmdə aktyor işi daha çox diqqəti cəlb edir. Yaxın vaxtlarda filmin təqdimat mərasimi keçiriləcək".
Qeyd edim ki, Elmira Şabanova üçün son illər aktrisa kimi çox uğurlu olmuşdur. O, bir çox filmlərə dəvət alaraq yaradıcılıq potensialını qadın obrazlarının və bütövlükdə onların xarakterinin açılmasına sərf edib. Elmira xanımın sözlərinə əsasən, hələ 2002-ci ildən çəkilişi başlanan "Tunel" filmi artıq tamamlanıb. Burada aktrisa filmin qəhrəmanının anasını - Hacı xanım obrazını yaradır. Xoreoqraf obrazını yaradan aktrisa həmişə olduğu kimi, azərbaycanlı anaya məxsus xarakterik dəyərləri və keyfiyyətləri canlandırmağa çalışmışdır. Filmin rejissoru "Bəyaz Həyat" filmindən tanıdığımız Vüqar Əliyevdir. Filmdə baş qəhrəman obrazını rejissor özü yaratmışdır. Bu filmə Elmira Şabanova ilə yanaşı, respublikanın xalq artisti Tariel Qasımov da cəlb edilmişdir. Filmin çəkilişləri sona yetmiş, tammetrajlı bədii film yaxın günlərdə efirlərdə canlandırılacaq.
Elmira xanım yaradıcılığı
ilə bağlı bəzi məqamları qeyd edərkən bildirdi ki, "40-cı qapı" adlanan filmə adsız olan qonşu qadını yaratmaq üçün dəvət olunub. Film 1990-cı illərdən bəhs edir. Uşaqların həmin dövrdəki vəziyyəti və onların çox acınacaqlı bir şəkildə yaşaması
filmdə öz əksini tapır. "40-cı qapı" filminin rejissoru Elçin Musaoğludur. Filmin çəkilişləri
davam etdirilir.
Səs.- 2009.- 23 yanvar.- S. 12.