Dövlət Film Fondunun arxivi zənginləşir

 

   Dövlət Film Fondunun təşkilatçılığı ilə görkəmli kino bəstəkarı Tofiq Quliyevin fotolarından ibarət sərgi açılacaq. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin sözlərinə görə sərgilənəcək fotolar fonda Tbilisidən gətirilib. Sərginin Muzey Mərkəzində keçirilməsi planlaşdırılır. Cəmil Quliyevin sözlərinə görə, bu fotoları Tofiq Quliyev ötən əsrin 50-60- illərində müxtəlif yerlərdə çəkdirib. Bununla yanaşı, bu günlərdə Gürcüstan vətəndaşının şəxsi kino arxivindən akademik Mustafa Topçubaşovun Bolqarıstan vətəndaşının şəxsi kino arxivindən SSRİ-nin xalq artisti Zeynəb Xanlarovanın fotoları fonda təqdim edilib. Bu fotoların da təqdimatının keçirilməsi nəzərdə tutulur.

 

Səs.- 2009.- 17 yanvar.- S. 12.