Gülər
Ənvər Seyidovla Məhərrəm
Bədirzadənin yeni layihəsi
Həyatımıza daõil olan
"Gürzə"lər üzə çıõdı
Son zamanlar Azərbaycanda çəkilən azsaylı filmlərin sırasına daha biri qoşuldu. Bu dəfə "Gürzə" serialı geniş tamaşaçı kütləsinə təhvil verildi. "Gürzə" artıq böyük tamaşaçı kütləsinin rəğbətini qazanmış filmlərdəndi. Ərsəyə gələn hər filmin Azərbaycan kinematoqrafiyasının qələbəsi olduğunu nəzərə alsaq, bunun Azərbaycan Dövlət Televiziyasının qələbəsi olduğunu deyə bilərik. Ənvər Seyidovun ssenari müəllifi, Məhərrəm Bədirzadənin quruluşçu reyissoru olduğu "Gürzə"nin anonsları film haqqında müəyyən məlumat verirdi. Bu serialın maraqlı olacağı da şübhə doğurmurdu. Böyük yaradıcı heyətin cəm olduğu teleserial dekabrın 15-də efirə çıõdı. Bu günə qədər tamaşaçılarımızın Argentina, Braziliya, Türkiyə seriallarına alışmaları yaradıcı heyətdə bir qədər narahatlıq yaratmışdı. Buna baõmayaraq, bu teleserial heç də vərdiş etdiyimiz seriallardan geridə qalmadı. Əksinə, tamaşaçıların hər bir seriyaya diqqətlə baõdıqları məlum oldu. "Gürzə" müõtəlif obyektlərdə ciddi müzakirəyə səbəb olan ekran işinə çevrildi. Onu da bildirək ki, Ə.Seyidovun eyniadlı kriminal-romanı əsasında çəkilən "Gürzə"də əsas əməyi olanlardan biri də filmin operatoru İsa Kazımovdu. Qeyd edək ki, bu, Ə.Seyidovla M.Bədirzadənin ikinci layihəsidi. Bundan əvvəl onlar "Təlatüm" filmini tamaşaçılara təqdim etmişdilər. Bu film Azərbaycanın Bütövlüyü Uğrunda Úəmiyyətin təsis etdiyi "Qızıl qılınc" mükafatına layiq görülüb. "Həyat nə deməkdir?- əzab işgəncə". Bu fikirlər "Gürzə"də əksini tapıb. Elə insanlar var ki, sanki onlar əzab-əziyyətə məhkum ediliblər, bu onların alın yazısıdı. Əhməd kişinin ailəsi də sanki işgəncələrə məhkum edilib. Õanımı Nigar uşaq dünyaya gələrkən kor olur. Bu əzab, bu işgəncə son olacaqdımı? Əsas məsələ də bundadı. İnsan yaşadığı əziyyətin son olacağını bilsə, əlbəttə, çoõ õoşbəõt olar və həyatanı həvəslə davam etməyə çalışar. Amma bu sadəcə bizim istəyimizdi. Əhməd kişinin əzabları da bununla başlanır. Əhməd uşağın boynuna Quran bağlayıb "köməyin olsun" deyir. Quran uşağın üstündə olduğu müddətdə o, pis hadisələrdən kənar olur. Quyuya düşmək təhlükəsi, ilanın onu çalmaq istəməsi və digər hadisələrin nə vaõt sona çatacağını bilmək üçün Nigar falçıya üz tutur, amma ürəkaçan sözlər eşitmir. Keçmiş günlərdə olduğu kimi, falçı gələcəkdə də uşağının böyük bəlalarla üzləşəcəyini, hətta Gürzə əlində ölə biləcəyini də õəbər verir. Əri Əhmədlə bəõtəvər günlərini yaşayan Nigar oğlanları Həsənağanı böyüdürlər. Həsənağanın eşqli günləri başlanır, toyda bir qıza vurulur. Ata və ana elçi gedirlər. Razılıq əldə olunur. Qızın "hə"si alınır və qız atasının "Gürzə, çay gətir", deməsi hər şeyi dəyişir. Çünki Gürzə Həsənağanın nişanlısı Gülsümdü. Filmdəki hadisələr bir-birlərini üstələyir. Daha sonra Gülsümün atası ölür və anası Ziba müõtəlif insanlarla görüşməyə başlayır. Bunlardan biri də Rəci olur. Rəci Ziba ilə kifayətlənməyib, onun qızı ilə də görüşmək niyyətinə düşür. Ziba anonim zənglə bunu Həsənağaya bildirir. Olanları müşahidə edən Həsənağa balta ilə Rəcini öldürür. Əsas hadisələr də bundan sonra başlanır. Acı taleyin gözlənilməz sürprizləri Həsənağaya həbsõana həyatını bağışlayır. Onun Gülsümü isə narkotika alveri ilə məşğul olan Dəmirlə münasibət qurur. 14 il sonra Həsənağa türmədən qayıdarkən əvvəlcə həyat yoldaşı Gülsümün yanına-həyatının məhvinə doğru gedir. Dəmirlə-Gürzə birləşib onu öldürüb bir hissəsini həyətdə basdırırlar. İkinci hissəsini daş karõanasına atırlar. Dəmirlə Gülsüm õaricə qaçmağı planlaşdırırlar. Lakin onların niyyətləri gerçəkləşmir, həbs olunurlar. Ən maraqlısı isə odur ki, onun atası Əhməd kişi onlara azadlıq istəyir. Buna baõmayaraq Gülsümə 15 il, Dəmirə isə ömürlük iş kəsirlər. Gülsümün anası Ziba isə küçələrdə dilənir. Sonda Əhməd kişi nişan üzüyünü onun pul üçün qarşısına qoyduğu qaba atır. Ziba üzüyü götürüb baõır və bu an yıõılıb ölür. Üzük isə kanalizasiyaya güşür. Çirkab ömrün çirkab sonu belə nəticələnir. Beləliklə filmdə õəyanətin sonsuz olması və heç bir zaman qələbə çalmağa müvəffəq olmaması diqqətə çatdırılır. Filmdə əsas rolları- Əhməd kişini õalq artisti Nurəddin Mehdiõanlı, Nigarı gənc aktrisa Rada Nəsibova, Həsənağanı Elşən Rüstəmov, Gülsümü Könül Yusifqızı, Dəmiri Müdhət Aydın, Zibanı Dilarə Nəzərova, Şərifi Rafiq Hüseynov ifa edib. 71-ə qədər aktyorun iştirak etdiyi bu film Şirvan, Biləsuvar və Bakı şəhərinin müõtəlif yerlərində çəkilib. Qeyd edək ki, döyüş səhnələrində heç bir kaskadyorlardan istifadə edilməyib. Rada Nəsibova deyir ki, ilk vaõtlar təklif aldığı rolun öhdəsindən gələcəyinə inanmayıb: "Mən Məhərrəm Bədirzadənin çəkdiyi 4-cü filmin qəhrəmanıyam. Bundan əvvəl "Mənim üçün varsan", "Sarı gəlin", "Qu rəqsi" filmlərinə çəkilmişəm. Bu rol mənə təklif olunanda mənim üçün çətin olacağını hiss edirdim. Yaradıcı heyətə də minnətdaram. Çəkiliş zamanı filmin ssenari müəllifi Ənvər Seyidov da çoõ vaõt iştirak edirdi. hamının bir məqsədi var idi-var qüvvəmizi filmin uğurlu olmasına sərf edirdik. Ümid edirəm ki, Əhməd kişinin acı taleyi filmin taleyinə təsir etməyəcək. Ekran işinin uğurlu olacağına çoõ inanırıq". Nurəddin Mehdiõanlı isə tamaşaçıların yerli filmlər üçün darıõdığını bildirib: "Bu gün camaatımız öz çəkdiyimiz filmlər üçün darıõıblar. Õalqımız bizdən maraqlı, ciddi işlər gözləyir. Filmin tam yaradıcı heyəti qüvvətli olanda filmin uğurlu olacağına inam böyükdü. Bizdə bu yaradıcı ansambl var idi. Ssenari və reyissor işi potensialına görə vəhdət təşkil edib". Filmdə əyalət teatrlardan da-Lənkəran, Gəncə, Mingəçevir teatrlarından aktyorlar iştirak edib. Digər rollarda Kazım Abdullayev, Qabil Mehdiõanlı, Nuriyyə Əhmədova, Rövşən Kərimduõt, Anar Heybətov, Mətanət Atakişiyeva, Vidadi Əliyev, Elõan Ağahüseynoğlu, Sevda Orucova, Aydın Quliyev, Firdovsi Úəbrayılov və başqaları iştirak edib
Olaylar.- 2009.- 6 yanvar.- S. 16.