Qaraqızı U.

 

Kinonun cazibə qüvvəsi və aktrisa Rəna Səlimova

 

O,  bu  gün kinoya çəkilmək istəyir

 

Cazibə qüvvəsifilminin sınaq çəkilişlərinin hazırlıq prosesi idi... Həmişə olduğu kimi bu dəfə yaradıcı heyətin əsas fikri baş qəhrəmanın seçiminə yönəlmişdi. Filmin quruluşçu rejissoru Həsən Seyidbəyli sınaq çəkilişlərinə qatılan aktyorların ifasını seyr etsə , qəti qərar verməkdə çətinlik çəkirdi. Nədənsə, o, baş qəhrəmanı, daha doğrusu, qəhrəmanları bir qədər fərqli təsəvvür edirdi. Aktyor seçimi zamanı xoreoqrafiya məktəbinin bir neçə tələbəsi sınağa dəvət olunur. Onlar arasında Rəna Səlimovanın görünüşü diqqətdən yayınmır rejissor həmin tələbəni çəkiliş meydançasına gətirir.   

Sonralar Rəna Səlimova Həsən Seyidbəylinin quruluş verdiyiSən, niyə susursan?” filmində baş rolda, “Nəsimifilmində isə rəqqasə rolunda çəkilir. Əslində kinoda kifayət qədər peşəkarlıq qazanan Rəna Səlimova bu sənətdə əbədi qalmaqla müxtəlif obrazlarda çıxış edə bilərdi, ancaq sonrakı proseslərdə onun aldığı dəvətlər qənaətbəxş olmadığı üçün aktrisa kinodan uzaqlaşıb. Hətta elə hallar olub ki, o çəkildiyi baş roldan belə imtina edib ki, bu barədə bir qədər sonra danışacağıq.

 

Aktrisanın dediklərindən: “Kinoya gəlişimdəki böyük zəhmətlərinə görə Həsən Seyidbəylinin ruhu qarşısında baş əyirəm. Yaxşı yadımdadır, “Cazibə qüvvəsifilmində baş qəhrəman roluna onlarla ifaçı sınaqdan keçirildi. Məni təhsil aldığım xoreoqrafiya məktəbində görüb bəyəndilər, eyni zamanda da sınaqsız olaraq baş rola təsdiq etdilər”. Bəlkə vaxt məhdudiyyəti rejissoru məcbur edib ki, məhz Rəna Səlimovanı,  sənətə dəxli olmayan bir qızı baş qəhrəmanın roluna çəksin. Əsl həqiqətdə isə  buna məcburiyyət demək olmaz, çünki kino məcburiyyəti sevmir. Sonradan bildim ki, Həsən Seyidbəyli qəhrəmanının oxşarını tapdığı üçün qəti qərar qəbul etmişdi. Hələ unutmuram, rejissor məni görən kimi həyəcanlanəhayət ki, axtardığımızı tapdıqdedi”. İlk dəfə çəkiliş meydançasında, peşəkarların əhatəsində filmə çəkilməyin öz çətinlikləri var. “Təsəvvür edin ki, Tələt Rəhmanov, Cabbar Əliyev, Ceyhun Mirzəyev kimi peşəkar aktyorlarla tərəf-müqabili idim. Bir çətinlik onda idi ki, mənim əsas tərəf-müqabilim olan Xəyal Axundzadə kinoya dəxli olmayan, başqa bir sahənin adamı idi. Onun da kinoya gəlişinin qəribə tarixçəsi var. Xəyal Axundzadə kinorejissor Lətif Səfərovla qonşu idi. Lətif Səfərovun yas məclisinə qatılan Həsən Seyidbəyli Xəyalı orda görmüş onu filmə dəvət etmişdi”.

 

Obraz mənim üzərimdə qurularsa, yenidən filmə çəkilərəm

 

Rəna xanım ifa etdiyi  obrazı qısaca səciyyələndirdi: “Öncə gəlin Gülbənizin şəxsiyyətinə nəzər salaq. Ssenariyə əsasən Gülbəniz kənddə yaşayır. Günlərin birində onların kəndinə bir qrup idman mütəxəssisi gəlir onlar dağların başında atılıb-düşən, ora-bura qaçan qızı görürlər. Qızı görən kimi belə qərara gəlirlər ki, Gülbənizdən yaxşı idmançı çıxar. Belə olur. Vaxt gəlir ki, Gülbəniz həmin mütəxəssislər tərəfindən çempion kimi yetişdirilir”.

 

Əsas qəhrəmanların filmdə qarşılaşması məhz Gülbənizin qaçışla məşğul olduğu məqamlara təsadüf edir. Ən qəribəsi odur ki, ilk dəfə kinoda qarşılaşan Rəna Səlimova ilə Xəyal Axundzadə filmdə bir-birilərinə aşiq olduqları kimi həyatda da bir-birilərini sevirlər. Bu sevgi sonralar evliliklə nəticələnir. Bu izdivacSən niyə susursan?” filmindən sonraya təsadüf edir.

Rəna xanım etiraf edir ki, “Sən niyə susursanfilmində xarakterindən çıxış edərək özünü oynayıb. “Əgər bu gün məni hər hansı bir filmə dəvət etsələr, o zaman obraz mütləq mənim üzərimdə qurulmalıdır”. Hazırda da gözəlliyini qoruyub saxlayan aktrisa onu da söylədi ki, bu yaşda məmur  obrazlarında daha maraqlı görünə bilər.           

 

 Uğursuzluq yaxud çəkilişdən imtina etmə

 

Filmdə uğursuzluq qazanmağın necə acı bir hal olduğunu yalnız bu durumla üzləşənlər bilər. Rəna Səlimovanın da kinoda uğursuzluqları olub. Ancaq onun uğursuzluğu faciəli bir hadisə ilə əlaqədar baş verib.

1967-ci il...”Mən ki, gözəl deyildimfilminin yaradıcı heyəti formalaşmış, çəkiliş məkanları belə müəyyənləşdirilmişdi. Ramiz Əsgərovun quruluş verdiyi filmin yaradıcı heyətində maraqlı simalar çoxluq təşkil edirdi. Filmdə əsas rola-Səidə obrazına isə Rəna Səlimova təsdiq olunmuşdu.

Filmin çəkiliş prosesinin ilk günü pirotexniklərin səhlənkarlığı ucbatından (hərçənd ki, hadisənin şahidi olanlar pirotexnikləri günahlandırırlar. Ancaq bu talenin işi ola bilər. Eyni gündə üç nəfər dünyasını dəyişdi. Partlayış səhnəsində Ramiz Əsgərov yaradıcı heyətin üç üzvü faciəli surətdə həlak olmuşlar.  Həmin vaxt nəinki kinematoqrafçılar, eyni zamanda bütün Azərbaycan xalqı 4 nəfər kino işçisinə yas saxlamış bir müddət bu acının təsiri altında qalmışlar.

 

Filmin çəkildiyi ildə kinostudiyanın direktoru Adil İsgəndərov idi. Plana salınan filmin mütləq çəkilməsi tərəfdarı olan direktor quruluşçu operator işini rejissorlara təklif edir. Görkəmli kinorejissor Tofiq Tağızadə filmi qəbul edir, ancaq yaradıcı heyəti öz seçimi əsasında qurur. Beləliklə Səidə roluna Xuraman Qasımova təsdiq olunur. Rəna xanım söyləyir ki, “Mən ki, gözəl deyildimfilmi Ramiz Əsgərovun quruluşunda, sözsüz ki, tamam fərqli bir film olacaqdı. Bu fikrimlə heç Tofiq Tağızadənin filminə zəif damğası vurmaq fikrində deyiləm. Ancaq mənim Səidəm tamam başqa idi, o elə mənim özüm idi”.

 

Bu uğursuzluqla(əgər buna uğursuzluq demək mümkünsə)barışdığı bir vaxtdaDağlarda döyüşfilminə dəvət olunan aktrisa cəmi 15 gün çəkilişə qatılıb, sonra isə çəkiliş prosesindən imtina edib.  Bu da səbəbsiz deyildi: “Axı qədər eyni tipli, eyni xarakterli obrazlara çəkilmək olardı. Doğrusunu deyim ki, bu eynilik məni bezdirdiyi üçün çəkilişdən imtina etdim. AncaqNəsimifilmindəki rəqqasə rolu, eləcə Şir evdən getdifilmindəki rolum epizodik olmalarına baxmayaraq, fərqli rollar olduğu üçün böyük maraqla ifa etdim”.

 

Son söz əvəzi: Azərbaycan kinosunun ən qaynar bir dövründə kinoya gələn, bir-birindən maraqlı obrazlar yaradan Rəna Səlimova artıq neçə illərdir ki, özünü bütünlüklə ailəsinə həsr edib. İki övlad anası olan bu xanımın yenə kinoya çəkilmək həvəsi var. Qismət olarsa, tamaşaçılar onu yenidən kinoda görəcəklər.

 

Mədəniyyət.- 2009.- 24 yanvar.- S. 11.