Dövlət
hesabına çəkiləcək
film layihələrilə
bağlı müsabiqə
keçirilir
Mədəniyyət
və Turizm Nazirliyinin Kino üzrə Ekspert Şurası
2010-cu ildə dövlət vəsaiti hesabına istehsala
buraxılacaq kinolayihələrin müsabiqəsini elan edib.
Nazirlikdən verilən
məlumata görə müsabiqənin iki
mərhələdə keçirilməsi nəzərdə
tutulub. Birinci mərhələdə
2009-cu ilin yanvarın
5-dən fevralın
20-dək kinossenarilərin
10 səhifədən artıq
olmamaq şərtilə
sinopsisi Ekspert Şurasına təqdim edilməlidir. Sinopsislər
müsabiqəsində qalib
gələnlər isə
2009-cu il martın 1-dən aprelin 30-dək keçiriləcək
ədəbi kinossenarilər
mərhələsinə buraxılacaq.
Kinossenarilər
mərhələsində həmçinin sənədli və
cizgi filmlərinin kinolayihələri də iştirak edə
bilər.
Nazirliyin bildirdiyinə
görə, sinopsislər və ssenarilər
müsabiqəsinə dövlət studiyaları və
prodüser mərkəzləri ilə yanaşı
yaradıcı şəxslər də qatıla
bilərlər.
525-ci
qəzet.- 2009.- 8 yanvar.- S. 7.