Mədəniyyətin
müxtəlif sahələri
haqqında filmlər çəkilir
Azərbaycanın tanınmış sənədli kino ustası Ziya Şıxlinski "Azərbaycan
musiqisi" şərti
adı altında sənədli filmin çəkilişlərinə başlayıb. 15 dəqiqəlik
filmdə dahi Üzeyir Hacıbəylinin
yaradıcılığından tutmuş bizim günlərədək peşəkar
milli musiqi sənətinin inkişafı
tarixindən və uğurlarından söhbət açılacaq.
Tamaşaçılar bu
film vasitəsilə bütün qitələrdə
ölkəmizə şöhrət
qazandırmış parlaq
bəstəkarlar və
ifaçılar pleyadası,
unudulmaz premyeralar, böyük musiqiçilərin
yaradıcılığı ilə tanış olmaq imkanı qazanacaqlar. "Yaddaş"
sənədli filmlər
studiyasında çəkiləcək
yeni filmin müəllifi Bakı Musiqi Akademiyasının mütəxəssisi Şəhla
Mahmudova, operatoru Adil Abbasovdur.
"Yaddaş"
və "Salnamə" studiyalarında "Muğam",
"Xalçalar", "Kulinariya",
"İçərişəhər" şərti
adları altında 4 sənədli film də
çəkiliş prosesindədir. Filmlərin
çəkilişində məqsəd
əsasən əcnəbiləri
mədəniyyətimizin müxtəlif
sahələri ilə
tanış etməkdir.
Sözügedən
filmlər Avropa Şurasının və İslam Konfransı
Təşkilatının tədbirləri
çərçivəsində nümayiş olunacaq.
525-ci qəzet.- 2009.- 8 yanvar.- S. 7.