Səmt
küləyi" filmi
Dövlət Film Fondunun arxivinə daxil edilib
Dövlət Film Fondunun arxivinə Azərbaycanın istehsalı olan "Səmt küləyi" filminə aid fotoşəkillər daxil olub. Rejissor Eldar Quliyevin 1970-ci ildə lentə aldığı "Səmt küləyi" filmi artıq Dövlət Film Fondunun arxivində qeydiyyatdadır. Fondun direktoru Cəmil Quliyevin verdiyi məlumata əsasən, film, keçmiş Çexoslovakiya və Azərbaycanın ilk müştərək işlərindən biridir. Cərəyan edən hadisələr Azərbaycanın 20-ci illərdəki tarixi-siyasi mənzərəsini əks etdirir. Filmdə Azərbaycanda yaşayan çex inqilabçısının həyatından bəhs olunur.
Filmin Azərbaycana gətirilməsi
üçün Rusiya
Dövlət Film Fondu ilə danışıqlar aparılır.
Çexiya vətəndaşının
şəxsi arxivindən
götürlən fotosənədlər
yaxın vaxtlarda ictimai baxışa çıxarılacaq.
Səs.- 2009.- 30 yanvar.- S. 12.