Mükərrəmoğlu M.

 

Hacı İsmayılov-65

 

Yaradıcılıq əzablı olsa da, çox şərəflidir

 

Ömür dağ çayı kimi sürətlə axıb gedir. Gözünü açıb görürsən ki, ömrün 60- da adlamısan. Böyür-başından sevdiyin adamlar yavaş-yavaş seyrəlir. Amma yaşamaq şirin şeydir. Arzular o qədər çox olur ki, bir ömürdə hamısını reallaşdıra bilmirsən. isə... 65 yaşı haqlamış sevimli xalq artistimiz Hacı İsmayılov deyir: “Ömür əmanətdir, hər kəsə Tanrı bir ömür bəxş edir istədin-istəmədin, hər şey onun əlindədir”. Hacı onu da deyir ki, “heç bilmədim 65-ə vaxt çatdım. Amma mən bu ömrü əbəs yaşamamışam. Bütün həyatım boyu nəyəsə can atmışam. Neçə-neçə insan ömrünə həyat vermişəm. Allaha şükür ki, bəxtimə yaxşı ailə çıxdı. Övladlarımdan da razıyam”.

Hacı İsmayılov 1944-cü ilin soyuq yanvar günlərinin birində Bakıda dünyaya göz açıb. Orta məktəbi burada bitirib, elə Teatr İnstitutunu da.

Hacı İsmayılov Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb 1968-ci il sentyabr ayının 2- gənc truppaya daxil olub. Bu teatrda M.F. AxundovunMüsyö Jordan dərviş Məstəli şahkomediyası göstərilib H. İsmayılov məharətlə dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. PatrikinQəribə missis Səvic" dramında Ceffi, A.PapayanınBəli, dünya dəyişibkomediyasında Səməndər, C.CabbarlınınSevilpyesində Məmmədəli bəy rolunda çıxış edib.

1970-ci il fevral ayının 16-dan onu Akademik Milli Dram Teatrına dəvət ediblər. Elə ilk gündən H.CavidinXəyyamfaciəsindəki İkinci Qulam rolunda oynayıb. Hacı İsmayılov yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik Teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur. Həmin cəhət aktyorun 1970-ci ildən üzü bəri illərin ardıcıllığı ilə verilən oynadığı rolların xarakteristikasında da özünün ifadə mahiyyət təcəssümünü tapıb. İkinci Qulam İbn Tahir (“Xəyyam”, H.Cavid), Dördüncü qaçaq (“Mahnı dağlarda qaldı”), Muradəli (“Xurşidbanu Natəvan”), Fariz (“Büllur sarayda”), Ağadadaş Nəcəfov (“Dəlilər ağıllılar”, İ.Əfəndiyev), Kişi (“Şöhrət ya unudulan adam”), Səmərqəndli (“Məhəbbət əfsanəsi”, N. Hikmət), Lakey Novruz bəy (“Aydın”), Məmmədəli bəy (“Sevil”), Sönməz (“Od gəlini”, C.Cabbarlı), Fransisko (“Fırtına”), Həkim (“Maqbet”), Qraf Kent (“Kral Lir”, V. Şekspir), Yaralı zabit (“İblis”, H. Cavid), Mehdiqulu (“Ah, Paris... Paris!..”), Məsul katib (“Mənim sevimli dəlim”), Qonşu (“Mənim ərim dəlidir”, Elçin), Yan Çinq (“Özümüzü kəsən qılınc”), İbn Zeyd (“Dar ağacı”), Şükür bəy (“İkinci səs”, B.Vahabzadə), Qoşqar Kəngərli (“Bu dünyanın adamları”, H.Orucov), Mirzə Ələkbər Sabir (“Hərənin öz payı”,X.Qoca), Hacı Həsən (“Ölülər”, C. Məmmədquluzadə), Məşədi İslam (“Dirilən adam”, M.Cəlal) bu tipli qəhrəmanlardır.

AktyorAzərbaycanfilmkinostudiyasında ilk dəfəAd günüfilmində Mustafa rolunda çəkilib. Bu rolla böyük uğur qazanıb respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb (1980). Rejissor Rasim Ocaqov bir növ risk etmişdi. Çünki bu vaxta kimi Hacı müəllimi kinoya dəvət etmirdilər. Hacı özü isə inanırdı ki, o, kinoda da maraqlı rollar yarada bilər. Beləliklə, Mustafa Hacı İsmayılovu kinoyagətirdi bununla o, bir-birinin ardınca kinoda çox maraqlı rollar yaratdı.

Mustafa kənd müəllimidir. Şəhərə gəlib burada təsadüfən qatar bələdçisi olan bir qadınla tanış olub. Bələdçi onu evinə dəvət edəndə Mustafa əvvəl tərəddüd edir. Çünki tənha qadının evində qalmaq istəmir. Qadın isə bayırda yağış yağdığına görə onu buraxmaq istəmir. Hacı İsmayılov bu səhnələrdə Mustafanın bütün daxili aləmini tamaşaçıya çatdırır. O, adi kənd müəllimidir. Coğrafiyadan dərs deyir. Sadə, səmimi bir insandır. Gecə yarısı qadının evini tərk etməyə onu elə bu xüsusiyyətləri vadar edir.

Bakı küçələrində sərgərdan dolaşarkən oğlunun ad gününü keçirən bir nəfərlə görüşməsi onun xarakterinin yeni cizgilərini üzə çıxarır...

Aktyor Hacı İsmayılov Mustafanın 20 il sonrakı həyatını isəHəm ziyarət, həm ticarətfilmində canlandırdı. Yenə rejissor Rasim Ocaqov Mustafanın Türkiyə macəraları ilə bizi tanış edir. Aktyor müsahibələrinin birində deyir ki, “filmdə mən Şəki ləhcəsində danışmalı idim. Rejissordan xahiş etdim ki, mən adi danışıq tərzi ilə çəkilim, səsləndirmə vaxtı Şəki ləhcəsini yaxşı bilən aktyor mənim əvəzimə danışar. Rasim müəllim qəti etirazını bildirdi. Mustafanın Şəki ləhcəsində danışması filmin uğur qazanmasında mühüm rol oynadı.

Bundan sonraBağlı qapı arxasında” (Alik), “Yol əhvalatı” (Mürşüd), “Ölsəm, bağışla” (Tağı), “Fəryad” (Rövşən), “Bəyin oğurlanması” (Tağı), “Özgə həyat” (Qasımov) filmlərində müxtəlif xarakterli rollara çəkilib. Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu əsərlərdə iştirak edib. Onların arasında V.SəmədoğlununYaşıl eynəkli adam” (Qafar), M.SüleymanlınınFatehlərin divanı” (Qazi), Ü.HacıbəyovunOrdan burdan” (Qoçu Gülbala), İ.ƏfəndiyevinAtayevlər ailəsində” (Xuruş), A.MəmmədovunKişilər” (Səməndər), A.BabayevinNekroloq” (Fərəc) s. tamaşalarda dramatik tipik obrazlar yaratmışdır.

Məşhur kino teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 19 dekabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

 

Xalq qəzeti.- 2009.- 22 yanvar.- S. 6.