Berlin kinofestivalında “Lahıc ritmləri”
Azərbaycanın "Lahıc ritmləri" sənədli filmi 59-cu Berlin kinofestivalının müsabiqə proqramına daxil olub. "Trend Life"ın verdiyi xəbərə görə, kinofestival Berlin istedadlar müsabiqəsi çərçivəsində göstəriləcək. Gənc rejissor Fariz Əhmədovun "Lahıc ritmləri" lenti 128 ən yaxşı film sırasına daxil olub və 3800 kino arasından seçilib.
Film "İmper Qrup"
prodüsser mərkəzinin bazasında çəkilib və
2008-ci ildə "Start" tələbə filmləri
festivalında "Ən yaxşı sənədli film
lenti" nominasiyasında ən yaxşı film elan olunub.
Filmin ssenari müəllifi Nərgiz Bağırzadə,
operatoru Üzeyir Abbas, prodüsseri isə Nizami Abbasdır.
"Lahıc ritmləri" səkkiz dəqiqəlik filmdir
və burada Azərbaycanın Lahıc kəndinin
həyatından bəhs olunur.
Palitra.- 2009.- 20 yanvar.- S. 13.