Faiq Sücəddinov özünə yeni janr seçib
Bundan sonra o,
mahnını müğənnilərə deyil,
filmlərə yazacaq
Bəzi
müğənnilərin mahnılarını
dəyərdən salmasına görə narahat olan Faiq
Sücəddinov ona görə də bir müddət mahnı
yaradıcılığına fasilə verib. Yazılan mahnıların tamaşaçıya
olduğu kimi çatdırılmadığını deyən bəstəkar bir çox müğənnilərin mahnıları
bərbad vəziyyətə
saldığını vurğuladı:
"Əvvəlcə öz
mahnılarımdan misal
çəkə bilərəm
ki, yazdığım
kimi ifa olunmur. İfa zamanı özlərindən
o qədər əlavə boğazlar artırırlar
ki, adam yazdığını tanıya
bilmir. Bundan da çox əsəbiləşirəm.
Ona görə də düşünürəm
ki, daha böyük yaradıcılıq
işləri ilə məşğul olsam yaxşıdır. Əslinə
qalsa, bir çox müğənni
peşəkar səviyyədə
yazılmış mahnıları
oxumaq istəmir. Çünki çətindir.
Yüngül mahnılara
meyil göstərirlər.
Maraq göstərənlər
də bəzən hazır əsəri orijinaldan uzaqlaşdırırlar".
Böyük əsərlər
yazmağa iddialı olan bəstəkar fəaliyyətini sən demə, orkestr yaradıcılığına istiqamətləndirib.
Eyni zamanda, bəstəkar kino sahəsində də çalışacaq. O, çəkiləcək
bir neçə filmə mahnılar yazacaq.
Üç nöqtə.- 2009.- 9
yanvar.- S. 13.