Mədəniyyət harmoniya yaradır
İnsan cəmiyyətdə
mədəniyyət, mənəviyyat səviyyəsi ilə
fərqlənir. Mədəniyyəti, mənəviyyatı
yüksək olan ölkə ən çətin situasiyalardan
çıxa bilmək, öz siyasətini,
iqtisadiyyatını, ekologiyasını, demoqrafiyasını
qura bilmək potensialına malikdir. Misal olaraq, iqtisadi
möcüzələrindən danışılan Yaponiya,
Çin, Cənubi Koreya, Malaziya kimi ölkələri
göstərmək olar. Bu gün dünyada həmin
ölkələrin iqtisadiyyatlarının yox,
mədəniyyətlərinin möcüzələri var. Müstəqil
ölkənin ən böyük nailiyyəti mövcud
resurslarından istifadə etməklə öz
mədəniyyətini, mənəviyyatını qorumaqdır.
Konkret
olaraq, mədəniyyət
nə olan şeydir? İlk baxışdan sual primitiv görünə
bilər. Sanki hər birimizin bildiyi bir şey
barədə soruşulur.
Doğrudur, hər kəsin
mədəniyyətin mahiyyəti
barədə müəyyən
təsəvvürləri vardır.
Amma diqqətlə fikir verildikdə müxtəlif
ölkələr, ziyalılar,
alimlər, siyasətçilər,
şəxslər arasında
bu suala verilən cavabların müxtəlif olduğunu görmək çətin
deyildir. Hər kəs
mədəniyyətin nə
olduğunu bilir və eyni zamanda
bilmir. Bu gün elmi ədəbiyyatda,
ictimai şüurda mədəniyyətin mahiyyəti
barədə müxtəlif
fikirlər mövcııddur.
Verilən təriflər müxtəlif
səviyyələrdə səthi
xarakter daşıyır.
Mədəniyyətə verilən bütün
təriflərdə əsasən,
etimoloji olaraq insanın bir fərd kimi həyat üçün nə qədər hazırlanması səviyyəsi
nəzərdə tutulur.
Amma bu həyatın hansı həyat olduğuna, onun meyarlarının mahiyyətinə
elə də ciddi yetirilmir. Bir az diqqətlə fikir verdikdə, insanların əksəriyyətinin mədəniyyət
barədə danışdıqda
özlərinə də
çox aydın olmayan bir şey
barədə danışdıqlarının
şahidi olarıq.
Qənaətimizcə, daha gözəli və ən yaxşısı bəşəriyyət
üçün önəmli
mədəniyyət sisteminin
meyarlarını müəyyənləşdirmək
olardı. Mədəniyyət sisteminin xarakteri
onun yaxınlaşdığı,
istiqamət götürdüyü,
seçdiyi hədəflə
və bu hədəfə doğru getdiyi yolun xarakteri
ilə müəyyənləşir.
Fikrimcə, mədəniyyət - bəşəri dəyərlərə
uyğun olaraq seçilən- müəyyən
bir ahəng yaradan məqsədə doğru, öz mühitində ahəng yaratmaqla təzahür edən fəaliyyət tərzidir. İnsanın fəaliyyətindəki bütün başqa cəhətlər mədəniyyətə
aid deyil. Mədəniyyətə aid
olmayan cəhətlərə
başqa adlar vermək daha doğru olardı. Bir çox müəlliflər
tərbiyəsizlik, nadanlıq,
cinayətkarlıq və
bu kimi fəaliyyəti
də mədəniyyətin
bir tipi kimi qəbul edir. Düşünürəm ki, bunu fərqləndirmək lazımdır.
Əks halda elə bütün insanlara mədəni demək olar. İnsanın davranışının bütün cəhətlərini
yox, yalnız ahəngə xidmət edən cəhətlərini
mədəniyyətə aid etsək, bu, sosial sistemlərin daha uğurla araşdırılmasına da
kömək edər.
Belə olduqda, o mədəniyyət
sistemi daha üstündür ki, onun fəaliyyəti zamanı yaxınlaşdığı
hədəflər ahəng
yaranmasına xidmət
edir və bu mədəniyyət sistemi o hədəflərə
doğru fəaliyyətdə
daha çox ahəng yaradır. İstənilən sosial sistemin
- insanın, təşkilatın,
ərazi vahidinin, ölkənin, xalqın mədəniyyətinin səviyyəsi
onun öz fəaliyyətində seçdiyi
hədəflər və
bu hədəflərə
doğru fəaliyyətdə
yarada bildiyi ahəngin səviyyəsi ilə müəyyənləşə
bilər. Mənəvi mədəniyyət - bu fəaliyyətin strategiyalarını,
maddi-texniki mədəniyyət
bu fəaliyyətin istifadə etdiyi vasitələri, alətləri
hazırlayır. Həqiqi mənada
mədəni-sosial sistem,
o sosial sistemdir ki, onun həm
öz fəaliyyəti
zamanı seçdiyi strategiyalar həm də istifade etdiyi vasitələr, alətlər ahəngə
xidmət etsin.
Mədəniyyət.- 2009.- 22 yanvar.- S. 3.