İbrahimova S.

 

"Sənətdə "Yalnız irəli!" şüarı ilə addımlamışam"

 

Bir yaş cavanlaşan Aygün Kazımova növbəti qələbələrə imza atmağa hazırlaşır

 

Ötən gün doğum gününü yaxın sənət dostlarının əhatəsində qeyd edən Xalq artisti Aygün Kazımova bir yaş cavanlaşdığını söyləyir. Sənətdə qürurla addımladığını deyən müğənni geridə qoyduğu 20 illik fəaliyyətinə boylanaraq kiçik haşiyəyə çıxdı: "Çoxları mənim ayaqqabımı geyindi, amma yerişimi yeriyə bilmədi. Mən sənət yolunda "Yalnız irəli!" şüarı ilə addımlamışam. Ötən il zəhmətimin yüksək bəhrəsini gördüm - Azərbaycanın Xalq artistiyəm. Eyni zamanda, bu günədək həyata keçirə bildiyim hər uğurlu layihəm mənim qələbəmdir. İlk qalibiyyətim isə elə səhnədə atdığım ilk addımım oldu. Mən 1988-ci ildə "Bakı payızı" müsabiqəsində iştirak etdim qalib oldum. Amma o vaxt ağlıma da gəlməzdi ki, mən vaxtsa Xalq artisti olacağam. Ümid edirəm ki, qələbələr hələ qarşıdadır.

 

- Bəs bu iki qələbəni müqayisə etmək olar?

 

- Yox. Ayrı-ayrı hisslərdir.

 

- Aygün Kazımovanın sənətinə görə hər bir fədakarlığa hazır olduğu heç kimə sirr deyil. Bəs elə vaxtlarınız olubmu ki, böyük təəssüf hissi keçirib səhnəni tərk etməyi arzulamısınız?

 

- Yox. Sadəcə, bəzən depressiyaya qapılanda bir müddət özümə gəlmək üçün televizora baxmır, qəzet oxumur, telefonlara cavab vermirdim. Heç bir informasiya qəbul etməməyi qarşıma məqsəd qoyub sənətdən uzaqlaşmışam. Amma yenidən güc yığıb toparlanmış, səhnəyə atılmışam. Səhnəni tərk etmək arzusu məndə heç vaxt olmayıb.

 

- Teleaparıcı kimi fəaliyyətinizə birmənalı yanaşmayanlara necə reaksiya verirsiniz?

 

- Qırılmamağa çalışıram. Çünki mən fasilə verəndə çox pis hisslər keçirirəm. Səhnədən uzaqlaşanda özümü yarımçıq bir insan kimi hiss edirəm. Sözsüz ki, arada dincəlirəm, amma o dəqiqə tənbəlləşdiyimi, özümü tamaşaçımı aldatdığımı sanıram. olsun ki, mən Əməkdar artist olmuşam, olsun ki, bu gün Xalq artistiyəm. Bilirsiniz, bir çoxları mənə deyirlər ki, "sən artıq oxumaya bilərsən". Mənsə cavab verirəm: "Əksinə, mən oxumağa təzəcə başlamışam".

 

- Vaxtilə sizi məşhur edən Cavanşir Quliyevin, Eldar Mansurovun, Vaqif Gərayzadənin mahnılarının arxası gəlmir.

 

- Sadəcə olaraq, bir neçə il qabaq paltarın bir uzunluğu dəbdə idisə, bu il başqa uzunluğu dizaynı dəbdədir. Musiqi elədir. Hər dövrün öz musiqisi, hər musiqinin isə öz dinləyicisi var. Gənclər bu gün müasir ritmləri dinləmək, köhnəlikdən çıxmaq istəyirlər.

 

- "Gecələr keçir", "Tənha qadın", "Bir payız gecəsi", "Mavi dünyam", "Özüm özümü aldadıram" fərqli olaraq bugünkü bəstələr bizi yalnız əyləncəyə çağırır. Bəlkə bu, sadəcə, bir əyləncə dövrüdür, keçib gedəcək?

 

- Düşünürəm ki, kövrəlməyin düşünməyin öz yeri var, əylənməyin öz yeri. Toylarda bugünkü mahnılara tələbat olduğu üçün müğənni məhz bu yanra üz tutur. Amma mənim repertuarımda hər cür yanrda mahnı var. Çünki mən eyni tamaşaçı kütləsi qarşısında çıxış etmirəm. Yaşlı nəsil var, gənc fanatlarım da, uşaqlar da. Musiqi seçimimdə onların hər birinin zövqünü oxşamağa çalışıram.

 

- Yuxarıda adını hallandırdığımız bəstəkarlara əməkdaşlığınız davam edir?

 

- Əlbəttə, davam edir. Bu gün mən Xalq artistiyəmsə, o demək deyil ki, mən "böyümüşəm". Bu üç müəllimimin gözündə həmişə şagird kimi qalacağam. Onlar məni yaradan, məni sənət dünyasına gətirən insanlardır. qədər ki həyatdayam, sənətdəyəm, qədər ki ürəyim vurur, danışa, öz fikrimi çatdıra bilirəm, qürurla söyləyəcəyəm ki, mən bu üç müəllimin yetirməsiyəm artıq Xalq artistiyəm.

 

- Qızınız da müğənni olmağı arzulayır. Repertuarında xarici mahnılar üstünlük təşkil edir. Sizin köhnə mahnılarınıza müraciət edib onlara yeni nəfəs vermək istəmirmi?

 

- Mən nəyi istəyirəmsə, İlqarə onu istəyir. Mən övladımdan çox razıyam. O mənim ən yaxın dostumdur. Onunla dərdləşəndə həyat mənim üçün daha da gözəlləşir.

 

- "Bəxtəvər dünyaya doğulmayandır". Bu da sizin mahnınızdan olan sətirdir. Sizcə, bəxtəvər insan məfhumu bununla məhdudlaşır?

 

- Hazırda özümü tam bəxtəvər, tam xoşbəxt insan kimi hiss edirəm. Ana kimi anayam, bu yaşımda özümdən boyca hündür, qəşəng, ağıllı qızım var. Sənətdə əldə etdiyim uğurlara görə özümü bəxtəvər sana bilərəm. 

 

Kaspi.- 2009.- 27 yanvar.- S. 16.